Nazirlik sənət əsərlərinə 800 mindən çox pul xərcləyib

Nazirlik sənət əsərlərinə 800 mindən çox pul xərcləyib
3 aprel 2019
# 11:40

Mədəniyyət Nazirliyi 5 ildə sənət əsərlərinin alınmasına 800 mindən çox vəsait xərcləyib.

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan rəssamlarının yaradıcılığının dəstəklənməsi, muzey və qalereyaların kolleksiyasının zənginləşdirilməsi məqsədilə mütəmadi olaraq onların əsərlərinin satın alınması həyata keçirilir.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, bunun üçün nazirliyin nəzdində Satınalma Komissiyası fəaliyyət göstərir, Komissiyanın tərkibinə tanınmış rəssamlar, sənətşünaslar və ekspertlər daxildir.

Məlumata görə, həmin komissiyanın əsasnaməsinə uyğun olaraq ildə 2 dəfə (yaz və payız) satış-sərgilər təşkil olunur və sərgilərdən seçilən əsərlər satın alınır: “Bundan əlavə, ayrı-ayrı rəssamların fərdi müraciətləri və ya keçirilən sərgilərdən də əsərlər əldə olunur. Nazirlik tərəfindən 2013-2018-ci illər ərzində təsviri sənət əsərlərinin əldə olunması üçün 419 100 manat vəsait xərclənib. Rəsm əsərlərinin seçilməsi və qiymətləndirilməsi komissiya tərəfindən həyata keçirilir və bu zaman Nazirlər Kabinetinin müvafiq qərarı və art bazardakı mövcud qiymətlər nəzərə alınır”.

Mədəniyyət Nazirliyi Azərbaycan bəstəkarlarının əsərlərinin alınmasını da həyata keçirir. Bildirilib ki, 2013-2018-ci illərdə Mədəniyyət Nazirliyi tərəfindən musiqi əsərlərinin alınmasına ümumilikdə 249 025 manat vəsait xərclənib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli, 52 nömrəli qərarına uyğun olaraq nazirlik tərəfindən alınmış musiqi əsərləri bədii cəhətdən yüksək səviyyəsi, tematik aktuallığı, orijinal üslubu ilə fərqlənib. Həmin əsərlər ölkə daxilində və və xaricdə keçirilən dövlət əhəmiyyətli tədbirlərdə, habelə müxtəlif respublikalarda təşkil olunan Azərbaycan mədəniyyəti günlərində, yubiley və xatirə gecələrində ifa olunub”.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi hər il dövlət teatrlarının repertuar zənginliyini təmin etmək və tamaşaçıların estetik zövqünü rəngarəng bədii nümunələrlə formalaşdırmaq məqsədilə Azərbaycan müəlliflərinin dram əsərlərini də satın alır: “2013-2018-ci illər ərzində nazirlik tərəfindən qeyd olunan əsərlərin alınmasına ümumilikdə 164 000 manat vəsait xərclənib. Nazirliyin aldığı dram əsərləri ideya-bədii cəhətdən günümüzlə səsləşən, yüksək ideya mündəricəsinə malik olan əsərlərdir. Bu pyeslərin səhnə taleyi uğurlu olub, geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb”.

# 2734 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər