Azər Paşa Nemətov aktyorlar arasındakı qalmaqaldan danışdı

Azər Paşa Nemətov aktyorlar arasındakı qalmaqaldan danışdı
3 oktyabr 2017
# 15:34

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov xalq artistləri Ramiz Məlik və Məleykə Əsədova arasında baş verənlərə münasibət bildirib.

APA-nın məlumatına görə, o, xalq artistləri arasında baş verənləri təəssüf hissi ilə qarşıladığını qeyd edib:

“Məleykə Əsədova və Ramiz Məlik arasında baş verənlər xoşagəlməz haldır. Mən bu haqda tənqidi fikirlərimi və mövqeyimi də Ramiz Məlikə bildirmişəm. Onlar hər ikisi bizim gözəl sənətkarımızdır, indiyə qədər Akademik Milli Dram Teatrında yadda qalan, sevilən rollar yaradıblar. Baş verənlər sadəcə, anlaşılmazlıqdır, onlar bir-birini başa düşməyiblər. Ramiz Məlik Məleykə Əsədovadan üzr istəyib və bildirib ki, bu söhbətə son qoyulmasını istəyir. İnanıram ki, Məleykə Əsədova da onu anlayışla qarşılayacaq, üzrünü qəbul edəcək. Bizim teatr bir ailədir, ona görə də bu ailədə baş verənlərin kənara çıxmasını arzu etmirəm. Çünki hər ikisi bacarıqlı sənətkar kimi insanların rəğbətini, sevgisini qazanıb. Fəxri ad alan, seçilən insanlar davranışı ilə nümunə olmalıdırlar. Məleykə xanım mənə doğma və əziz adamdır. Ümumiyyətlə, mən aktyorları çox sevirəm. Çünki onlar ən çətin peşə sahibidirlər, fədakar işlə məşğuldurlar. Bu mənada rəhbəri olduğum teatrın hər bir üzvü mənə əzizdir. Ramiz Məliki məktəb illərindən, Məleykə Əsədovanı isə Gənclər Teatrından tanıyıram. Məleykə xanım bu illər ərzində öz peşəsinə ləyaqətlə xidmət edib. Biz onunla yeni “Cəhənnəm sakinləri” tamaşasının premyerasına hazırlaşırıq. O, rolunun öhdəsindən peşəkarlıqla, bacarıqla gəlib və inanıram ki, tamaşaçılar onu növbəti uğuru münasibəti ilə təbrik edəcək, sevinəcəklər. Hər ikisinə can sağlığı, yaradıcılıq uğurları arzu edirəm. İnanıram ki, gələcəkdə bu cür xoşagəlməz hallar olmayacaq, onlar öz rolları ilə pərəstişkarlarını sevindirəcəklər. Bizim gələcəkdə böyük tamaşalarımız, böyük uğurlarımız olacaq. Mən onların hər ikisinin kollektivimizin yanında olmasını arzu edirəm"

Xatırladaq ki, Xalq artisti Ramiz Məlik Xalq artisti Məleykə Əsədovanın sosial şəbəkələrdə paylaşdığı açıq-saçıq şəkillərə tənqidi fikir bildirmiş, daha sonra mətbuat vasitəsi ilə üzr istəmişdi.

# 2243 dəfə oxunub

Oxşar xəbərlər

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər