Facebookda sevgili tapmağın 10 QAYDASI

Facebookda sevgili tapmağın <span style="color:red;">10 QAYDASI
22 may 2017
# 09:00

Kulis.az Facebookda sevgili tapmağın 10 qaydasını təqdim edir.

1. Orijinal olmaq

Image result for aşk yaşamak

“Salam, olar tanış olaq?” dövrü artıq keçib. Çoxdan üstünü toz basıb. Siz hələ də elə yazırsınız? Orijinal olmaq lazımdır. Facebookda baxmısınız profilinə, xoşunuza gəlib. İlk mesajı yazmaqda çətinlik çəkirsiniz. Qəfil onu gözlənilməz bir mesajla çaşdırın. Orijinallığınız yoxdursa, sizə çətin olacaq.

2. Araşdırmaq

Image result for aşk yaşamak

Profilini görən kimi yazmayın. “Nə gözəlsən”, “Adam sənə baxanda heyran olur” kimi cümlələr də sizi blok həbsxanasına düşməyə gətirib çıxara bilər. Profilini araşdırın, görün nələrlə maraqlanır, zövqləri nədir, hansı kitabları oxuyur, hansı filmlərə baxır, kimdir, nəçidir. Ondan sonra mesajı beyninizdə qurun. Səbr, səbr, səbr...

3. Səmimilik

Image result for duyğusal aşk

Qətiyyən olmaz! Dozasını çox eləmək faciəyə gətirib çıxarar. Onunla təzəcə yazışırsınız və qəfil guya zarafatla yazırsınız: “Sənnən uşaqlarım olsun istəyirəm”.

4. Bayağılıq

Image result for duyğusal aşk

Bu da lazımdır. Amma öz qaydasında. Şitini çıxarmadan. Standart olmaqdan qorxmamaq gərək. Orjinallığı da yerində işlətməlisiniz. Onunla söhbət edərkən yunan mifologiyasına göndərmələr etməyiniz yaxşı olmaz. Mümkün olduqca kütləyə hesablanan danışıqlar aparın.

5. Bezdirməmək

Image result for aşk

Bir mesaj atdın, gördünüz cavab yazmır, gözləyin. Hara tələsirsiniz? Günlər çuvala girməyib ki! Eybi yox, sabah cavab yazar. Gözləməyi bacarmaq qələbənin yarısıdır...

6. Hisslərini büruzə vermək

Image result for aşk

Qətiyyən yolverilməzdir. Onsuz da sizin ona yazdığınızı görür, hislərinizdən xəbəri var deməkdir. Bunu ulu-orta deməyə ehtiyac yoxdur. Soyuya bilər sizdən, “yalnız dost ola bilərik” deyər və beləcə hər şey bitər...

7. Cavab verənə yazmaq

Profili araşdırırsınız, sizə uyğundursa, xoşunuza gəldisə və zövqləriniz üst-üstə düşdüsə, o zaman yazın. Cavab verməyənin vaxtını almayın. Deməli, bu sizlik deyil. Cavab verənlə davam edin...

8. Nəzakət

Image result for facebookda aşk

Qızıl qaydadır. Təkcə sosial şəbəkədə deyil, realda da. Əlinizdən gəldikcə xoş sözlər deyin, mübahisələr yaratmayın. Xoşuna gələnlə mübahisə etmək onu “əlvida” sözünə bənzədəcək...

9. Xoşagəlməz təkliflər

Image result for aşk

İlk dəfə tanış olduğunuza bunu yazmaq olmaz. Vəziyyət ağır olar. Zarafatlar edib güldürə bilərsiniz, film ata bilərsiniz, ya da bir şeir. Ən gözəli şeirdir. Şeir bütün qapıları açır.

10. Pozitivlik

Image result for aşk

Neqativ ötürməyin. Köhnə sevgilinizlə başınıza gələnlər ona lazım deyil. “Həyatım qaranlıqdır” kimi cümlələrdən qaçın. Düşünün ki, qarşı tərəf onu qaranlıqlardan işığa daşıyacaq adamı axtarır.

# 2281 dəfə oxunub

Oxşar xəbərlər

"Allaha inanmıram, ancaq ondan çox qorxuram..." - Onun poeziyasını niyə Alpın zirvələrinə bənzədirdilər?

"Allaha inanmıram, ancaq ondan çox qorxuram..." - Onun poeziyasını niyə Alpın zirvələrinə bənzədirdilər?

18:24 29 dekabr 2025
Xan qızının məclislərinə çağırıldı,  "tarın atası" adlandırıldı...  - Onu niyə "Sadıqcan" çağırırdılar?

Xan qızının məclislərinə çağırıldı, "tarın atası" adlandırıldı... - Onu niyə "Sadıqcan" çağırırdılar?

17:38 29 dekabr 2025
Əməkdar artistin bədəni çürüyür - Plastik əməliyyat faciəsi

Əməkdar artistin bədəni çürüyür - Plastik əməliyyat faciəsi

17:15 29 dekabr 2025
“Xalq artisti Tofiq Bakıxanov - 95”  adlı elektron baza hazırlanıb

“Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb

16:43 29 dekabr 2025
Kor musiqiçi, Qanlı Yanvar və susmayan fırça - Vaşinqtonu "fəth edən" ilk azərbaycanlı

Kor musiqiçi, Qanlı Yanvar və susmayan fırça - Vaşinqtonu "fəth edən" ilk azərbaycanlı

16:40 29 dekabr 2025
Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi

15:37 29 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər