Azərbaycan Uşaqlar Birliyi yeni layihəsini təqdim etdi

Azərbaycan Uşaqlar Birliyi yeni layihəsini təqdim etdi
1 mart 2013
# 12:36

Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən İREX Beynəlxalq Təşkilatının maliyyə dəstəyi və yaxın əməkdaşlığı ilə 2013-cü ilin yanvar ayından etibarən "Gənc Baxış” Gənclərin İnsan alverinə qarşı sosial media fəaliyyəti adlı layihəsinin icrasına başlanması ilə əlaqədar "Kaspian Plaza” Biznes Mərkəzinin konfrans zalında təqdimetmə mərasimi keçirildi.

Tədbirdə layihə icraçıları layihə haqqında ətraflı məlumat verdilər. Qeyd edildi ki, layihənin məqsədi insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan uşaqlara sosial media və video-jurnalistika sahəsində bilik və bacarıqlar verərək, yeni mediadan düzgün və effektif istifadə etməklə Azərbaycanda məcburi əməyin və insan alverinin aradan qaldırılmasına töhfə verməkdir.Layihə cari ilin iyun ayının sonunadək icra olunacaq, Bakı şəhəri, eləcə də, Şəki və İmişli rayonlarını əhatə edəcəkdir. Layihə çərçivəsində sosial media və video jurnalistika sahısində yeniyetmə və gənclər arasında müvafiq təlim kurslarının təşkili, regionlarda gənclər fəaliyyətinin həyata keçirilməsi, internet TV və radiolarda interaktiv proqramlarda və mövzu ilə əlaqədar verilişlərdə iştirak, gənclər tərəfindən insan alveri və məcburi əmək probleminin həllinə yönəlmiş sosial çarxların hazırlanması nəzərdə tutulub. Ən yaxşı sosial videoçarxlar xüsusi DVD-lərdə toplanması və hökumət, eləcə də, vətəndaş cəmiyyəti təşkilatlarına təmənnasız paylanması nəzərdə tutulub.

Həmçinin "Gənc Baxış” adlı, Facebook qruplarının, YouTube, Livestream və Bambuser veb-səhifələrinin yaradılması və dəstəklənməsi nəzərdə tutulub. Veb-səhifələr layihə ilə bağlı xəbər və nailiyyətləri paylaşmaq üçün iştirakçılar tərəfindən müntəzəm olaraq yeni video materiallar və sosial reklamlarla yenilənəcək və təkmilləşdiriləcək.

Təşkilatçılar, həmçinin təlim keçmiş gənclər layihədəki əsas məqsədi təşviq etmək üçün video materialları və sosial videoçarxları İmişli və Şəkidə icma üzvləri də daxil olmaqla, öz yaşıdları və onların valideynləri ilə paylaşmaqdan ötrü regionlara səfərlər təşkil edəcəklər. Onlar yuxarıda qeyd olunmuş regionlarda Film Gecələri keçirəcək və sosial videoçarxlar yayımlayacaqlar.

Layihənin icrası zamanı cəmiyyətdə insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan kimsəsiz uşaqların effektiv sosial reabilitasiyası, sosial reinteqrasiya və dəstək mexanizmlərinin gücləndirilməsi üçün özəl sektor da daxil olmaqla, hökumət və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq qurulacaq və bu sahədə yeni medianın müxtəlif inkanlarından maksimum şəkildə istifadə ediləcəkdir.

Görüşün sonunda Azərbaycan Uşaqlar Birliyinin ABŞ-ın Azərbaycandakı Səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı vasitəsi ilə gerçəkləşdirilən "Eşidilməyən Səslər” Uşaqlara Qarşı Məcburi Əməyə Son layihəsi çərçivəsində yeniyetmə və gənclərin hazırladıqları qısa videoçarxların nümayişi oldu, qonaqlar fikirləri ilə bölüşdülər.

# 3780 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi

Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi

18:16 26 fevral 2026
“Xocalı soyqırımı”  adlı elektron məlumat bazasının təqdimatı oldu

“Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı oldu

17:23 26 fevral 2026
Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

16:20 26 fevral 2026
İnsanın əzəməti – Dino Buzzatinin hekayəsi

İnsanın əzəməti – Dino Buzzatinin hekayəsi

16:15 26 fevral 2026
Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

15:10 26 fevral 2026
"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər