Burda qadınları kəsib yeyirlər – Qeyri-adi fakt

Burda qadınları kəsib yeyirlər – <span style="color:red;">Qeyri-adi fakt
10 iyul 2018
# 13:38

Kulis.az Eyyub Məmmədovun “Mədəniyyətdə qadın problemi” yazısını təqdim edir.

Will Dürant “Mədəniyyət təməlləri” kitabında insanın sosial təkamülünün mədəni hadisəyə - Mədəniyyətə çevrilməsindən danışır. Burada o ən qədim insandan üzü bu yana, uzun bir dövr ərzində mədəniyyət tarixində baş verən dəyişiklikləri insan aspektindən dəyərləndirilir, “yarımçıq antropolji biliyin zərər olmasını” mədəniyyətin öyrənilməsində ən təməl problem kimi vurğulayır.

Sözün etimoloji mənasında mübahisə mövzusu olan “mədəniyyət yoxsa kultura” mövzusu, fikrimcə, bu kitabda mədəniyyətin öz tərifi ilə kultura anlayışına daha çox yaxınlaşır.

Mədəniyyət özlüyündə daha çox gələcəyə yatırım kimi başa düşüldüyündən kitabda yazılanlara inansaq sosial hadisə kimi daha çox mezolit dövrünün məhsulu kimi qiymətləndirilir.

“Buğdanın və ya tumun torpağa düşməsini seyr edən qadın” mədəniyyətin ideya anası olaraq ilk düşünən varlıqdır. Və burada “əkinçilik və maldarlıq” vərdişinin formalaşması ilə dolayı yolla mədəniyyətin də təməllərinin atılmış olması tarixi cəhətdən bizə kulturanın – ( əkinçiliyin ) mədəniyyətdən (şəhərləşmədən) daha qabaq olduğunu, bizimsə ümumiləşdirib hər ikisinə “mədəniyyət” adını verdiyimiz anlayışın yaradıcısı olaraq qadına olan münasibətdə bir sıra paradokslara yol verdiyimizi sübut edir.

Qadın ilk insanı – kişini günaha sürükləyən bir varlıq olması ilə yanaşı həm də bəşəriyyətin təkcə bioloji yox, həm də mədəni mənada yaranma səbəbidir. Belə ki, ibtidai insan daha çox gününün ən zəruri tələbatını ödəməklə yaşamağı sevən, sabaha heç bir tədarük görməyən “bir növ carpe diem fəlsəfəsi ilə yaşayan meşə adamı” idi. Lakin bu tənbəllik onun sonrakı lüksünü məhdudlaşdırdığından ilkin əkinçilik və maldarlıq vərdişlərinin yaranması zəruriləşmişdi. Beləliklə, mezolit dövründə artıq ibtidai maldarlığın və əkinçiliyin formalaşması və burada əsas rolu qadının oynaması ilə matriarxat yəni anaxaqanlığı dövrü təşəkkül tapmağa başlamasına səbəb olmuşdu. Qadının burada qəbilə üçün ən mühüm funksiyaları yerinə yetirməsi onu ilahiləşdirməyə, ilkin totemləri onunla əlaqələndirməyə gətirib çıxarır. Və beləliklə qoşa nikaha əsaslanan ailə modelinə qədər uzun bir müddətin məntiqi sonu kimi ailə qadını ilahiləşdirdi.

Lakin burada yazının əvvəlində də dediyimiz, haqqında danışacağımız paradoks ortaya çıxır. Heç bir hüquqi normanın və sivil dəyərlərin olmadığı bir dönəmdə qarışıq nikaha əsaslanan toplumlarda belə müqəddəs sayılan qadın necə oldu ki, özü yaratdığı mədəniyyətin basqısı ilə ikinci plana düşməyə başladı.

Məlumdur ki, ilkin əkinçilik texnikası primitiv idi. Tapdığı kiçik sümük parçasını torpağı qazıyaraq orada basdıran it insana tədarük görmək bacarığını aşılamış və ibtidai insanlar kiçik toxadan iri kişi əməyini tələb edən xışacan uzun təkamül yolu keçmişlər. Və burada qadın artıq öz ixtirasından əl çəkməyə məcbur olur. Beləliklə xış əkinçiliyinin formalaşması paralel olaraq da toplumda qadının mövqeyini zəiflədərək onu mülkiyyət parçasına çevirir.

Gündəlik bəsit məişət qayğılarının ödəyicisi kimi toplumda nüfuz sahibi olan qadın zamanla öz mövqeyini, cəmiyyətdəki yerini ağır əl əməyi ilə məşğul olan, xış əkinçiliyi ilə məşğul ola biləcək əsas qüvvəyə, fiziki cəhətdən daha üstün - kişiyə verməli olur. Və beləliklə uzun müddətli bir epoxanın - matriarxat dövrünün əvəzləyicisi kimi patriarxat dövrü, yəni ataxaqanlıq, kişimərkəzçilik meydana çıxır.

Bununla da ilk Tunc dövründən başlayaraq uzun bir dövr ərzində davam edən ataxaqanlığında qadın nəinki cəmiyyətdə öz mövqeyini itirdi, o həm də cəmiyyətdən sıxışdırılaraq ikinci dərəcəli bir varlığa çevrildi. Yaxşı, bəs bunun səbəbi nə idi ? Nəyə görə qadın öz yaratdığı mədəniyyətin və bu mədəniyyətin illərcə oturuşdurduğu təfəkkürün əsirinə çevrildi ? Axı ataxaqanlığı birdən-birə yaranmamışdı. Anaxaqanlığını əvəz etsə də onun təməlləri üzərindən qurulmuşdu. Ataxaqanlığının yaranmasında rolu birbaşa qadın ixtirası - əkinçilik vərdişləri oynamışdı. Deməli, belədə, ataxaqanlığının əsasını qoyan elə həm də qadın özü olmuşdur.

Haqqında danışdığımız kitabda müəllif bu problemin şərhini təxminən bu cür verir; İctimai şüurun inkişafı paralel olaraq instinktiv meyllərə əsaslanır. Çünki cəmiyyətin eqoist maraqlarında qadın ilkin kapitalın həm səbəbkarı, həm də təminatçısı idi. Və beləliklə də qadının cəmiyyətdə merkantil maraqların mərkəzinə qoyulması onun statusunu dəyişdirdi. Bu da öz növbəsində qadın haqda olan ilkin mifoloji inanclara, totemlərə də təsirsiz ötüşmədi. Tayfalar arası müharibələr zamanı əsir götürülmüş qadınlar kirlənmiş hesab edilir, ilin müxtəlif dövrlərində müəyyən bioloji proseslərdən dolayı (aybaşı , zahıllıq və s) onlara toxunulmur və yaxud da tamamı ilə əksinə - düşmən tərəfdən əsir götürülmüş qadınlar bərəkət rəmzi olaraq kəsilib yeyilməyə başlayır (Kitabda Solomon adalarında bu ayinin icra olunduğu qeyd olunub).

Müasir dövrün də ən aktual problemlərdən biri olan “qadın hüquqlarının bərpası” problemi tez-tez qabardılarkən çıxış yolu olaraq mövcud qanunvericiliklər, öyrədici dini-mistik təlimlər əsas götürülür. Şübhə deyil ki, cəmiyyətin mental psixoloji aparatına əsaslanan istənilən dini, siyasi deklarasiyalar öz ilkin başlanğıclarında toplumun nizamsız da olsa zamanla formalaşan mədəni nailiyyətlərindən qidalanıblar. Beləcə öz yaratdığı mədəniyyətin repressiyasına məruz qalan qadının əsrlərlə davam edən hüquq savaşında müraciət etdiyi institutlardan pozitiv cavab ala bilmir. Çünki ictimai şüurda oturuşmuş mədəniyyət anlayışına görə qadın kişidən daha məhsuldardır. Və bu da öz növbəsində onu haqqında formalaşan mifdən – “müqəddəslik haləsindən” – məhrum edir.

Bəşərin anası olan Həvva deyilənlərin əksinə mövcud mədəniyyətin təməllərinə əsasən “ayaqlarının altında cənnəti daşıyan varlıqdan” daha çox öz bətnində kişi toxumlarını daşıyan ikinci bir dərəcəli varlığa – bioloji lokomotivə daha çox oxşayır.

# 2520 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #