Ölkəmiz Avropa Şurasının 70 illik yubileyində

Ölkəmiz Avropa Şurasının 70 illik yubileyində
6 may 2019
# 09:25

Strasburqda Avropa Şurasının (AŞ) 70 illik yubileyi çərçivəsində qurumun mənzil-qərargahının yaxınlığında yerləşən məşhur “Oranjöri” parkında (“Parc de l”Orangerie”) “Avropa Günü”nə həsr edilmiş bayram tədbirlərində ölkəmiz də təmsil olunub.

Ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən “Azərbaycan-tolerantlıq diyarı” adlı sərgi təşkil edilib.

Sərgidə ölkəmizin tolerantlıq və multikultural mühitini özündə ehtiva edən və əsrlər boyu ölkəmizdə mehriban ailə kimi yaşayan müxtəlif dini icmaların həyatını əks etdirən fotoşəkillər nümayiş etdirilib. Tolerantlıq və multikulturalizmdən bəhs edən qısametrajlı film göstərilib. Ölkəmizin turizm potensialının təbliğinə dair videoçarxlar təqdim edilib. Bayram tədbirlərində Heydər Əliyev Fondu tərəfindən ölkəmizin zəngin tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair fransız və ingilis dillərində nəfis şəkildə tərtib edilmiş kitablar, eləcə də görməli və tarixi yerlərə dair broşürlər, açıqca və bukletlər sərgilənib. Ölkəmizə xüsusi maraq göstərmiş insanlara həmin materiallardan hədiyyə edilib.

Azərbaycan stendi ziyarətçilərdə böyük maraq doğurub. Onların ölkəmiz, onun tarixi, coğrafiyası, bölgələri və turizm imkanları barədə sualları ətraflı cavablandırılıb. /azertag.az/

# 2524 dəfə oxunub

Oxşar xəbərlər

"Modern Talking" qrupunun üzvü Bakıda

"Modern Talking" qrupunun üzvü Bakıda

16:05 9 may 2026
Elza Seyidcahan:  "10 ildir festivallara eyni adamları çağırırsınız"

Elza Seyidcahan: "10 ildir festivallara eyni adamları çağırırsınız"

14:35 9 may 2026
İrqçilik divarlarını səsi ilə uçuran opera əfsanəsi

İrqçilik divarlarını səsi ilə uçuran opera əfsanəsi

14:08 9 may 2026
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

13:08 9 may 2026
Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsi anıldı

Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsi anıldı

12:30 9 may 2026
"Afife Teatr Mükafatları" nın qalibləri açıqlandı

"Afife Teatr Mükafatları" nın qalibləri açıqlandı

12:00 9 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər