Yağış səhərəcən yağsın şəhərə... - Günün Şeiri

Yağış səhərəcən yağsın şəhərə... - Günün Şeiri
8 avqust 2019
# 16:22

Kulis.az “Günün Şeiri” layihəsindən Qismət Rüstəmovun “Yağış səhərəcən yağsın şəhərə” şeirini təqdim edir.

Yağış səhərəcən yağsın şəhərə,

Hamının dərdini yusun aparsın.

Quşlar qonaq gəlsin mavi Xəzərə,

Balıqlar evinə yosun aparsın...

Ölüm qapımıza elə gəlsin ki,

Birini alanda, biri qayıtsın...

Uşaqların üzü elə gülsün ki,

Mərmilər utanıb geri qayıtsın.

Yağış səhərəcən yağsın şəhərə,

Titrəsin evlərin navalçaları....

Yağmur mələkləri enmişkən yerə,

Verək aparsınlar tapançaları...

Bir qızın eyvanda əlləri donsun,

Qız durub boylansın küçəyə bir də...

Çətirsiz bir oğlan islanıb dursun,

Qız gözü küçədə darıxan yerdə...

Oğlan o küçəyə çəkdikcə keşik,

Səkidə titrəyən kölgə islansın.

Asfaltdan su içən qonur bir pişik,

Çətirsiz oğlanla birgə islansın.

Bir gün hamımıza elə gəlsin ki,

Yağışlar yağırsa hər şey düzələr...

Sinoptiklər çıxıb xəbər versin ki,

Sabahdan adamlar sevinə bilər.

Yağış səhərəcən yağsın səhərə...

# 13530 dəfə oxunub

Oxşar xəbərlər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər