Kann Festivalı selfi qadağası və cinsi təcavüz qorxusuyla başladı - FOTOLAR

Kann Festivalı selfi qadağası və cinsi təcavüz qorxusuyla başladı - <span style="color:red;">FOTOLAR
10 may 2018
# 10:23

Ötən gün İran rejissoru Əsgər Fərhadinin “Hamı bilir” filmi ilə başlayan 71-ci Kann kinofestivalının açılışında dünya məşhurları, müxtəlif ölkələrin aparıcı kinematoqrafları iştirak edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, festival rəhbərliyinin foto çəkdirmək qadağasına baxmayaraq, aktrisa və modellər qırmızı xalı üzərində foto və selfi çəkilişləri ediblər.

Kino cameəsinin Vaynşteynlə başlayan cinsi təcavüz qalmaqalından sonra festival rəhbərliyi selfi qadağasından əlavə də bəzi tədbirlər görməyi qərara alıb. Belə ki, festival boyunca kömək istəyənlərə cavab vermək üçün qaynar xətt açılıb. Bundan əlavə, festivala qatılanlara cinsi təcavüz haqda maarifləndirici broşürlər paylanılıb.

Xatırladaq ki, festivalın əsas müsabiqə proqramı 12 gün çəkəcək və mayın 19-da başa çatacaq.

Penelopa Kruz və Xavyer Bardemin rol aldığı “Hamı bilir” filmindən başqa əsas müsabiqə proqramında rejissor Jan Lyuk Qodarın, Cəfər Pənahinin, Stefan Brizin, Kiril Serebrennikovun, Kristofer Onorenin filmləri yarışacaq.

Müəllif kinosundan başqa bu il Kann festivalında kütləvi kino da nümayiş olunacaq. “Solo. Ulduz müharibələri: tarixçələr” filmi bu qəbildəndir.

Həmçinin festivalda Vim Vendersin yeni filmi “Fransisk ata. Söz adamı” xüsusi nümayişi təşkil olunacaq.

Kulis.az açılışdan olan fotoları təqdim edir.

# 1869 dəfə oxunub

Oxşar xəbərlər

"Bütün janrlarda rahatlıqla ifa edə bilərəm” - Elnarə Abdullayeva

"Bütün janrlarda rahatlıqla ifa edə bilərəm” - Elnarə Abdullayeva

17:40 4 mart 2026
“IRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü gördü

“IRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü gördü

17:30 4 mart 2026
Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı

Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı

17:24 4 mart 2026
Tik-tokda yataq görüntülərini paylaşan ər-arvad - Sosial şəbəkələri əxlaqsızlıq yuvasına çevirənlər

Tik-tokda yataq görüntülərini paylaşan ər-arvad - Sosial şəbəkələri əxlaqsızlıq yuvasına çevirənlər

16:27 4 mart 2026
“Ulduz” jurnalının “Güney Azərbaycan ədəbiyyatı”  sayı çap olundu

“Ulduz” jurnalının “Güney Azərbaycan ədəbiyyatı” sayı çap olundu

15:30 4 mart 2026
Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Məşhur müğənni xəstəxanaya yerləşdirildi

15:00 4 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər