“Əfqan qızı”na 147 min dollar saydılar

“Əfqan qızı”na 147 min dollar saydılar
10 dekabr 2012
# 11:43

Kulis.az-ın məlumatına görə 2012-ci il 7 dekabr tarixində Nyu-yorkda keçirilən “Kristi” hərrac evində “National Geographic”ə məxsus “Əfqan qızı” fotosu rekord qiymətə satıldı.

Hərracda təşkilata məxsus 185 lot satışa çıxarılmışdı. “National Geographic”in yarandığı gündən bu günə kimi olan 124 illik tarixində ilk dəfə olaraq arxivindəki 11.5 milyon fotodan 232 ədəd fotonu hərraca çıxardı.

Hərracın ən qiymətli lotu isə 147 min dollara satılan “Əfqan qızı” fotosu oldu. Fotonu amerikalı fotoqraf Stiv Makkarti 1985-ci ildə Pakistanda çəkmiş və foto “National Geographic”in üz qabığında dərc olunmuşdu. “Əfqan qızı” fotosu jurnalın tarixində ən yaddaqalan fotolardandı.

Fotodakı 12 yaşlı əfqan qız sovet qoşunlarının Əfqanıstana hücumu zamanı qaçqın düşərək Pakistanda sığınacaq tapmışdı. Stiv Makkarti yetim qızcığazı Pakistandakı lagerlərdən birində görüb çəkmişdi.

“Əfqan qızı” fotosu jurnalın ən qiymətli fotolarındadı.

# 2922 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər