Salman Rüşdini öldürənə 600 min dollar

Salman Rüşdini öldürənə 600 min dollar
25 fevral 2016
# 18:06

İranda dövlət himayəsində olan media qurumları məşhur ingilis romançı Salman Rüşdinin başına 600 min dollar mükafat qoyub. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə İranın yarı rəsmi Fars xəbər agenti 30 min dollarla ən çox dəstək verən media orqanı olub.

40-a yaxın media qurumunun S. Rüşdünün öldürülməsi üçün göstərdiyi bu dəstək 1989-cu ildə verilən fitvadan sonra gerçəkləşdirilən ən böyük ortaq cəhd hesab olunub.

Elan İran İslam Republikasının siyasi, hüquqi və ruhani öndəri Ayəttullah Xomeyninin Rüşdü haqqında verdiyi fitvanın 27-ci il dönümündə yayılıb.

Xatırladaq ki, İranın ilk lideri Xomeyni S. Rüşdünün “Şeytan ayələri” kitabında İslam dəyərlərini təhqir etdiyi üçün ona ölüm fitvası çıxartmışdı. Xomeyni təkcə yazıçının deyil, kitabı çap edən bütün adamların öldürülməsini tələb etmişdi.

# 2420 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər