Gənc rejissorumuzun filmi mükafat aldı

Gənc rejissorumuzun filmi mükafat aldı
17 dekabr 2014
# 12:41

Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” filmi IV "Qırğızıstan – Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Kulis.azın “Azərbaycanfilm”in saytına istinadən verdiyi xəbərə görə “İnikas” festivala göndərilən 300 qısametrajlı ekran əsəri arasından seçilərək “Beynəlxalq Müsabiqə Proqramı”nda yarışmağa vəsiqə qazanan 13 filmdən biri olub.

Bu film S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin tələbəsi, həmyerlimiz Ayşad Səfərəliyevin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan diplom işidir.

Qısametrajlı bədii film SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir.

Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova canlandırıblar.

# 3200 dəfə oxunub

Oxşar xəbərlər

12 min illik ərazidə qazıntı işləri başladı

12 min illik ərazidə qazıntı işləri başladı

18:00 13 avqust 2026
Milli Kitabxananın təqdimatında:  “Əfzələddin Xaqani Şirvani” elektron məlumat bazası

Milli Kitabxananın təqdimatında: “Əfzələddin Xaqani Şirvani” elektron məlumat bazası

16:10 13 avqust 2026
“Netflix”dən yeni layihə: Tarixi-döyüş filmi

“Netflix”dən yeni layihə: Tarixi-döyüş filmi

15:50 13 avqust 2026
Milyonlarla insan tarixi astronomik hadisəni izlədi - Fotolar

Milyonlarla insan tarixi astronomik hadisəni izlədi - Fotolar

15:20 13 avqust 2026
15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası"

15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası"

14:20 13 avqust 2026
“Yenidən doğulan torpağın övladları” layihəsi həyata keçirilir

“Yenidən doğulan torpağın övladları” layihəsi həyata keçirilir

13:50 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər