Notr-Damda bostan salmaq istəyirlər

Notr-Damda bostan salmaq istəyirlər
13 may 2019
# 11:03

Vincent Callebaut Architectures Fransa Memarlıq Bürosu Parisin Notr-Dam kilsəsinin restavrasiya layihəsini təqdim edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, layihə “intibah” adlanır və müəlliflərin fikrincə bu layihədə Notr-Dam “istehlak etdiyindən artıq enerji istehsal edən müsbət enerjili binaya” çevriləcək.

Müəlliflər kilsənin damını və qülləsini şüşədən, palıddan və kömürdən, azotdan ibarət orqanik bir materiallarla örtməyi təklif edir. Bununla kilsə günəşdən aldığı istilik və işığı kilsənin içini işıqlandırmaq və qızdırmaq üçün elektrik enerjisinə çevirəcək. Qüllədinin üstündə əvvəllər olduğu kimi xoruz fiquru saxlanılacaq.

Həmçinin restavratorlar damda bağ və bostan salmağı da təklif edirlər. Memarların fikrincə bu ərazidə ilə 21 tondan artıq meyvə və tərəvəz yetişdirmək olacaq. Müəlliflər bərpa olunmuş kilsənin 21-ci əsrin kilsəsinin siması olacağına ümid edirlər.

Xatırladaq ki, aprelin 15-də Parisin məşhur Notr-Dam kilsəsində yanğın baş verib. Yanğın nəticəsində kilsənin damı və qülləsi, saatlar məhv olub. Yanğını aprelin 16-ı səhər söndürmək mümkün olub. Bundan əvvəl Fransa Hökuməti kilsənin bərpası üçün beynəlxalq müsabiqə keçirəcəklərini bəyan etmişdi.

# 3386 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər