“Jara” zəngin repertuarla gəlir

“Jara” zəngin repertuarla gəlir
4 yanvar 2018
# 09:31

2018-ci il iyulun 26-dan 29-dək Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalında tamaşaçılara maraqlı konsert proqramları təqdim ediləcək.

Festivalın “Facebook” səhifəsində xəbər verilir ki, iyulun 26-da festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq. İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze, Lyubov Uspenskaya və Yuri Antonovun yaradıcılıq gecəsi təşkil olunacaq. Yubiley və yaradıcılıq gecələrində digər musiqiçilər də iştirak edəcəklər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Xatırladaq ki, “Jara-2018”in biletləri dekabrın 1-dən satışa çıxarılıb.

# 3407 dəfə oxunub

Oxşar xəbərlər

Niderland “Avroviziya”da yenidən iştirak edəcək

Niderland “Avroviziya”da yenidən iştirak edəcək

16:30 24 sentyabr 2026
Fotoqrafiya sənətinin 200 illiyi ilə bağlı festival keçiriləcək

Fotoqrafiya sənətinin 200 illiyi ilə bağlı festival keçiriləcək

16:00 24 sentyabr 2026
Sənət dünyasında mübahisə - Heykəl yonan robotlarla bağlı

Sənət dünyasında mübahisə - Heykəl yonan robotlarla bağlı

14:30 24 sentyabr 2026
Aİ-nin Gürcüstanda maliyyələşdirdiyi festival ləğv olundu

Aİ-nin Gürcüstanda maliyyələşdirdiyi festival ləğv olundu

14:25 24 sentyabr 2026
İspaniyalı aktyor ilə amerikalı müğənninin qalmaqalı - Təfərrüatlar

İspaniyalı aktyor ilə amerikalı müğənninin qalmaqalı - Təfərrüatlar

12:30 24 sentyabr 2026
Tarixi amfiteatrın fəaliyyəti dayandırıldı

Tarixi amfiteatrın fəaliyyəti dayandırıldı

11:30 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər