Böyük kişilərin ölüm siqnalı

Böyük kişilərin ölüm siqnalı
14 oktyabr 2016
# 16:46

Həmid Ormanlı

Qonşudakı yanqır qarı Elçibəyin dünyasını dəyişməsi xəbərini mənə, təxminən belə çatdırdı:

- Elçibəy öldü ay Həmi-id. Allah rəhmət eləsin, indicə televizor verdi. Bəlkə innən sonra evə yığılasınız....

- Vaay...

Başı alovlu Xəqani 33-ə gəldim. İzdihamı görəndə son ümüdümü daşa çaldım. Ürəyi gedən kim, ağlayan kim. Hamı şokdadır. Dərddən də gülmək olarmış? Dəli bir gülmək tutdu məni. Arxasınca ağlamaq. Başımı divara sıxıb ağlayırdım. O, gün Azərbaycan Türkü yetim qalan gün idi. Hönkür-hönkür ağlayıram. Hərənin öz hayında olduğu bir vaxtda kimsə isti bir əllə başıma sığal çəkib saçımdan öpdü. Dönəndə arxamda gördüyüm Əlövsət Osmanlı idi.

* * *

Bütövləşmiş Türk aydını, mürşüdüm Akif Səməd dünyasını dəyişib. Gözlərimdə “ölüm dünya boyda, dünya da ölüm boydadır” (Alhüseyn Cavadoğlu). Çox ağır olub mənə. Çox ağır. Həyatımda ikinci böyük sarsıntımı keçirdirdim. Aradan aylar da keçib yenə də hər gün bu ağrını yeni yaşayıram. Fikrimdə, zikrimdə Akif Səməd.

Tanımadığım nömrədən zəng gəldi. Zəng edən qohumluğundan qürur duyduğum Əlövsət Osmanlı idi. Akif Səmədin ailəsi ilə maraqlanıb məni iş yerinə dəvət etdi. Getdim görüşdük geniş hal-əhvaldan sonra mənə 2 kanvert uzadıb dedi:

- Bunun birini özün götür, digərini bir yolla öz adından Akif Səmədin ailəsinə çatdır. Mənim adımdan yox ha, öz adından.

- Yaxşı! - deyib sevincək üzündən öpüb bir yol Akif Səmədin evinə yollandım. Konvertləri birləşdirib güc bəla ilə (O, müqəddəs qadın-Akifin ömür-gün yoldaşı Maisə xanım özü kimi balalarını da çox qürurlu və nəfsi tox böyüdüb) öz adımdan Akif Səmədin oğluna verib azacıq da olsa təskinlik tapdım.

* * *

Elçibəylə Akif Səmədin içimdə yaratdığı dərin boşluğu hər hansı bir yolla doldurmağa çalışıram. İnsanlar məni doydurmur. Başlar balaca, ruhlar sönük görünür. Tez-tez yönümü Akif Səmədin üz qoyduğu torpağa – İncə dərəsinə salıram. Eli şen olsun! Yenə də dərdə dərman el olur. Tale məni İncə dərəsində Nazim Əfəndi deyilən qurd ağızlı qos-qoca bir ozanla qarşı-qarşıya gətirir. Nazim Əfəndinin sazı köməyim olur. Həyatda həmişə “kölgədə qalmaq” yolu seçmiş və yalnız Elçibəy, Ağamalı Sadiq Əfəndi, Məmməd İlqar, Məmməd Dəmirçoğlu, Akif Səməd, Alıhüseyn Cavadoğlu kimi möhtəşəm iç adamları ilə dostluq etməyə səbri çatmış, sazda Füzulidən, Nəsimidən, Musa Yaqubdan oxuyan Nazim Əfəndi haqqında dostlarla birlikdə (Məmməd İlqar, M.Dəmirçoğlu, Çiçək Mahmudqızı, R. İncəyurd, İbrahim İlyaslı və Ehtiram İlham) kitab hazırlamaq qərarına gəlirəm. İnsanlar Nazim Əfəndini mütləq tanımalıdırlar? Kitab dostlarımın ürəkdən köməkliyi ilə tezliklə nəşrə hazır olur. Bundan xəbər tutan Əlövsət Osmanlı kitabın xərcini təkidlə boynuna üstlənib kitabı “Oka-Afset” nəşriyyatına göndərir. Sağ olsun, burada da nəşriyyatın rəhbəri, gözəl insan Nayma xanım Qaramanlı öz xeyrixahlığı ilə qarşımıza çıxıb kitabı qısa müddət ərzində təmənnasız olaraq nəşr edib bizə verəcəyinə söz verir.Qısa zamanda tutuduğu sözü yerinə yetirir. Lakin bu kitabı görmək Aşıq Nazim Əsədoğluna qismət olmur. Biz Onu tapar-tapmaz ölüm də tapır. Kim bilir bəlkə də Nazim Əfəndi sirli-gəlib, sirli-getməliymiş. Nazim Əfəndinin dünyadan köçməyi mənim üçün həm də Əlövsət Osmanlını itirəcəyimin siqnalı oldu. Ruhun Şad olsun Əlövsət müəllim!

# 1835 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər