İki kitab təqdim olundu

İki kitab təqdim olundu
10 oktyabr 2017
# 16:44

Oktyabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-nin üzvü, “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidenti Nəcməddin Mürvətovun “Şur” nəşriyyatında çap olunan “Dünyamızın zərrəsiyəm” və “Şairdə sirr olmur” şeir kitablarının “imza günü” keçirilib.

Tədbir Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirinin səslənməsi ilə başlayıb.

“Cabir Novruz” Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli çıxış edərək şairin yaradıcılığı və yeni nəşr olunan kitabları haqqında məlumat verib.

Şairlər Zahid Xəlil, Musa Ələkbərli, filologiya elmləri doktorları Vaqif Yusifli, Qurban Bayramov və başqaları şeirləri ardıcıl olaraq respublikanın ədəbi qəzet və jurnallarında, almanaxlarda çap olunan şairi növbəti kitablarının işıq üzü görməsi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Çıxış edənlər “İlk sözüm”, “Etiraf”, “Dünyamıza sözüm var”, “Həqiqət axtarıram”, “Yaxşılar azalmasın”, ”İnam zəfərə aparır” və digər kitablarının müəllifinin son iki nəşrdə da şeirin bütün formalarında layiqli ədəbi nümunələr yaratdığını söyləyiblər.

“Dünyamızın zərrəsiyəm” və “Şairdə sirr olmur” kitablarında toplanmış şeirlərdə özünəməxsus azadlığın, lirik düşüncənin, xoşagələn ifadə vasitələrinin yerli-yerində işlədildiyini bildiriblər.

Tədbirdə çıxış edən şair, publisist Müşviq Cabiroğlu respublikamızda şairlərə, sənət adamlarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Regionlarda yaşayan şairlərin yaradıcılığına yüksək dəyər verildiyini, onların yaradıcılığına yüksək qayğı ilə yanaşıldığını söyləyib.

Tədbirdə şairin şeirləri oxunub.

Sonda Siyəzəndə yaşayıb-yaradan Nəcməddin Mürvətov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, imzası ilə kitablarını oxuculara təqdim edib. /azertag.az/

# 1939 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər