Kulis.az dünyaca məşhur yazıçı, şairlərdən maraqlı faktları təqdim edir:
- Rus şairi Serqey Yesenin müəmmalı ölümü ilə bağlı da bir çox faktlar var. İlkin versiyada bildirilir ki, şair özünü asaraq intihar edib. Amma bəzi mütəxəsislər bildirirlər ki, Yesenin Peterburqa gələrkən əlində bir çanta kitab olub və görünür ki, şair bu kitabları oxumaq üçün bura gətirib. Bu anda meydana sual çıxır: Serqey Yesenin əgər özünü öldürəcəkdirsə, nəyə görə bir yığın kitabla Peterburqa gəlir? Görünür, onun ölümündə başqalarının əli var.
***
- Dünyanın ən məşhur yazıçısı amerikalı Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan” romanını yazdıqdan sonra onda psixoloji gərginlik yarandığı haqqında xəbərlər mövcuddur. Belə ki, onu müalicə etməyə gəlmiş həkimi Selincer romanındakı Holdin Kolflid obrazına bənzətmiş və bundan sonra qapıların bağlanmasını əmr edərək hər kəsin bayıra çıxmasını, onu həkimlə təkbətək qoymalarını istəyib. Daha sonra Selincerin əlində tüfəng otaqda təkbaşına qaldığı və heç kimi içəri buraxmadığı haqqında məlumatlar verilib.
***
- 1964-cü ildə fransız yazıçı Jan Pol Sartr mükafatı almaqdan imtana edib. Bir çox insan bunun səbəbini Albert Kamyunun mükafatı ondan əvvəl alması ilə əlaqələndirirdi. İşin içində bir qısqanclığın olub olmaması bu gün də mübahisə mövzusudur. Məlumdur ki, iki yazıçının arasında həmin ərəfələr soyuq küləklər əsirdi. Üstəlik, Kamyu bu mükafatı Sartrdən 7 il öncə, yəni 1957-ci ildə alıb.
***
Çexovun gözlənilməz cavabı
- Bir gün Anton Çexovun yanına gənc yazar gəlir. Deyir ki, hekayələrimi oxuyub, fikir bildirərsiniz. Çexov, 1 həftə sonra gələrsən, fikirimi deyərəm deyir. Yazıçı bu müddət ərzində dostu ilə yeyib-içir, şahmat oynayır, vaxtını keçirdir. Bir həftə sonra oğlan yanına gəlir. Soruşur ki, bəs hekayələrim necədir? Çexov cavabında deyir, səndən yazıçı filan olmaz. Dostu dillənir ki, sən axı 1 həftə mənimlə vaxt keçirmisən, hansı vaxtda gəncin yazılarını oxudun. Çexovun cavabı unikal olur: onun üz-gözündə yazıçı ifadəsi yox idi.
- Çarlz Dikkens heykəlləri və büstləri heç sevmirdi və hətta öz vəsiyyətnaməsində bildirmişdi ki, onun ölümündən sonra ona heç bir heykəl qoyulmasın. Dikkensin yeganə bürünc heykəli Filadelfiyadadır. Yeri gəlmişkən, yazıçının ailəsi ilk olaraq heykəli rədd edirdi.
***
- Amerikalı yazıçı O. Henry öz yazıçılıq karyerasına israfçılıq səbəbindən düşdüyü həbsdə olarkən başlamışdır. Beləliklə onun işləri uğurla getməyə başlayır və daha sonradan hər kəs həbs məsələsini unudur.
***
Qadağan edilmiş məşhur əsər
- Uilyam Folkner romanlarından birinin qısa məzmununu Missisipi ştatının Oksford şəhərindəki ofisinin divarına yazıb. Folknerin Rouvan Oukdakı ev muzeyinə gələnlər indi də bu yazı ilə tanış ola bilərlər. Divarda yazılan Folknerin Pulitser mükafatına layiq görülmüş "Pritça” romanı haqqında qeydləri idi.
***
- Sudan yazıçısı Tayeb Salihin iyirmidən çox dilə tərcümə edilmiş "Şimala köç mövsümü” romanı 1989-cu ildə nəşr edildikdən sonra öz vətənində qadağan edilmişdi. Sudan hökuməti əsərdəki intim məqamların çox açıq-saçıq təsvirinə görə belə bir addım atmışdı. Amma bu gün T. Salihin bu əsəri postmüstəmləkə ədəbiyyatının şah əsəri olaraq, bütün dünyada məşhurdur.
***
- Yazıçı Aleksandr Düma xəstə olduğu zaman yanına gəlmiş həkim deyir:
- Vəziyyətiniz ciddidir, siz hər bir təsadüfə hazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşmək istədiyiniz biri varmı?
Düma bu sual qarşısında bir qədər fikirləşib deyir:
- Əlbəttə!
- Kiminlə görüşmək xəyalınız var?
- Başqa həkimlə! - deyə cavab verir.
***
- Alman yazıçısı, məcmuə redaktoru Teodor Fontane bir gün bir şeir alır. Şeirlə bərabər göndərilən məktubda müəllif izahat verərək yazırdı:
- Mən özüm bilə-bilə vergülləri qoymamışam, onları qoymağı lazım bilmədim. Xahiş edirəm lazım bilsəniz, yeri gəldikcə vergülləri siz özünüz qoyun.
Fontane isə cavabında şeir müəllifinə belə yazmışdı:
- Sizdən rica edirəm, gələn dəfə ancaq vergülləri göndərərsiniz, şeiri isə mən özüm yazaram.
***
- Heminquey bir neçə fiziki xəstəliklərdən, o cümlədən şəkərli diabet və hipertoniyadan əziyyət çəkirdi. Həkimlər onu psixotriyanin şərtləri əsasında müalicə edirdilər. Müalicə zamanı elektoşok da istifadə edilib. 13 seanslıq elejtroşok müalicəsindən sonra yazıçı yaddaşını və yazmaq bacarığını itirir. Müəllif qeyd edir: "Mənə elektroşok tətbiq edən həkimlər yazıçıları başa düşmürlər. Bütün psixiatrlar bədii əsər yazmağı bacarsaydılar biz yazıçıları az da olsa anlaya bilərdilər. Beynimi məhv etməyin, tək kapitalım, qazanc mənbəyim olan yaddaşımı silməyin və adi həyat yaşamağa yönəltməyin nə mənası vardı ki.
***
Siz də şair-mairsiniz?
- Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. Bərəçi diqqət edəndə onun şeir dediyini hiss edir və soruşur:
- Siz də şair-mairsiniz?
- Şair nədir, mair nədir? – müştəri suala sualla cavab verir.
Bərəçi ah çəkir:
- Şair Səməd Vurğundur, mair sizin kimi ara-bərədə yazanlar...
Müştəri heç nə demir, bərədən enib dinməzcə ağacların arasında onu gözləyən atlıların yanına gedir. Bir azdan meşəbəyi bərəçiyə yaxınlaşır:
- Səməd Vurğunla nə danışırdın?
- Nə Səməd Vurğun? – bərəçinin gözü kəlləsinə çıxır.
- Bərəylə bu üzə keçirdiyin adam şair Səməd Vurğun idi.
Bərəçi yerində donub qalır.
***
- Mark Tvenin yazı yazma qaydası isə çox qəribədir. Belə ki, yazıçı çarpayıda uzanıb vərəqləri dizinin üstünə qoyub yazırmış. Yazdıqlarını da böyük yazıçı ya çarpayının üstündə qoyar, ya da yerə atıb ordaca yuxulayırmış. "Mənə gözəl bir çarpayı verin, sizə şedevrlər yaradım”, – deyən də məhz Mark Tven olub.