Xalq rəssamının yubileyi keçiriləcək

Xalq rəssamının yubileyi keçiriləcək
12 oktyabr 2021
# 16:56

Prezident İlham Əliyev oktyabrın 12-də Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı professor Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla Mədəniyyət Nazirliyi Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayaraq həyata keçirəcək.

Sərəncamda bildirilir ki, Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr verib./azertag.az

# 2219 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər