Hər yaş dövrünün öz kitabı, öz əsəri var. Bəzən elə olur ki, 20 yaşımızda bizə şedevr təsiri bağışlayan roman illər keçdikcə gözümüzdə adi bir əsərə çevrilir, yaxud vaxtilə oxuyub başa düşmədiyimiz, düşüncə tərzi bizə darıxdırıcı görünən hansısa yazıçı müəyyən dövrdən sonra kumirimizə çevrilir.
Necə etməli, dünya ədəbiyyatının klassiklərini, müasir yazıçıları nə vaxtdan oxumağa başlamalıyıq?
Kulis.az müxtəlif sorğu və tədqiqatlar əsasında ərsəyə gələn 30 yaşa qədər oxunmalı kitabların siyahısını təqdim edir.
1. Aleksandr Qrin: "Ağ yelkənlər". Bu əsərdə müəllif iddia edir ki, özünə inanan hər kəs arzularına, məqsədinə çata, hətta möcüzələr yarada bilər.
2. Entoni Bercess: "Süni portağal". İnsanın formalaşmasından bəhs edən ən məşhur romanlardandır. Bu kitabın şüarı belədir: "Həyatı olduğu kimi qəbul etməyi bacar".
3. Rey Bredberi: "Aprel cadugərliyi". Bu, uğursuz sevgi barəsində sadə və qısa hekayətdir. Bredberi bu əsərində gənc qızlara nakam sevginin insan həyatında ən böyük uğursuzluq olduğunu demək istəyir.
4. Uilyarn Qoldinq: "Milçəklərin hökmdarı". Əsər kimsəsiz adaya düşən ingilis məktəblilərin macəraları haqqındadır. Romanda oğlanlarda təkamül prosesi əksinə inkişaf edir, onlar mədəni insandan qansız cəllada, hətta adam öldürməyə belə hazır olan manqurta çevrilirlər.
5. Erix Mariya Rernark: "Borc həyat". Bu əsər tənhalıq, böyük məhəbbət, ölüm və həyat dəyərləri haqqındadır.
6. Corc Oruell: "1984". İnsanın 30 yaşına qədər oxuyacağı əsərlərdən biri də Corc Oruellin "1984" romanıdır. Kitab 1949-cu ildə yazılsa da, mahiyyəti və əsas ideyası hələ də aktualdır.
7. Harper Li: "Masqaraçını öldürməli". Bir uşağın dilindən nəql olunaraq haqq-ədalətin müdafiəsinə və mövhumata qarşı mübarizəyə həsr edilən əsər, irqçiliyin vurduğu zərbədən, tərbiyə və təhsil problemlərindən bəhs edir. "Masqaraçını öldürməli" daxilinizdə olan bir çox suallarınıza cavab verəcək.
8. Ernest Heminquey: "Əcəl zəngi". Tənqidçilər bu romanı ölüm, ideologiya və müharibənin dəhşətləri, absurdluğu haqqında yazılmış əsərlərin şahı adlandırırlar.
9. Lev Tolstoy: "Hərb və sülh". Ağır zəmanədə yaşayan insanların dramatik taleyindən bəhs edən dahiyanə sənət abidəsidir.
10. İvan Bunin: "Yüngül nəfəs". Hekayə gimnaziyaçı Olya Meşerskayadan, onun ilk sevgisindən bəhs edir. "Yüngül nəfəs" kişilərin ağlını başından alsa da, öz həyatını qura bilməyən qızların nakam sevgisindən bəhs edir.
11. Qabriel Qarsia Markes: "Yüz ilin tənhalığı". Buendia ailəsinin qonaqpərvər evinə xoş gəlmisiniz. Burada hər gələn qonağa sevinsələr də, yaxın, doğma adamlara qarşı etinasızdırlar. Əsəri oxuyanda başa düşürsünüz ki, hər bir insan üçün ailənin, doğmaların sevgisi nə qədər vacibdir.
12. Cek Keruak: "Səfillik ". Əsər 1940-cı illərin Amerikasında müharibədən qayıtmış veteranların səfil, sərgərdan həyatından, onlara qarşı cəmiyyətin laqeydliyindən bəhs edir. Onlar siqaret tüstüsündə boğula-boğula caz klublarında, yük qatarlarında dünyanın və insan həyatının mahiyyətini, mənasını axtarırlar.
13. Con Faulz: "Fransız leytenantının məşuqəsi". Hər gün dəniz sahilində qara paltarlı bir qadın dayanıb üfüqə baxır. Bir gün onu evlənmək istəyən, lakin heç cür bəxti gətirməyən bir kişi görür.
14. Kennet Qrern: "Söyüd yarpaqlarının xışıltısı". Bu əsər yaşının üstünə yaş gələn insanlara həyatı necə dəyərləndirməyi öyrədir. Kitab oxucunun gözləri qarşısında macəralar, möcüzələrlə dolu bir dünya açır.
15. Suntszı: "Savaş sənəti". Bu kitab bütün dünyada hərbi strategiya sahəsində ən qədim mənbələrdən sayılır. Bu dərin əsər həm də həyatın qəribəlikləri haqqındadır.
Əlbəttə, bütün bunlar heç də 30 yaşa qədər oxunmalı kitabların hamısı deyil. Sizi və zamanını gözləyən xeyli maraqlı əsərlər var...