Venesiya Biennalesi böhranı: Rusiya pavilyonuna görə siyasi gərginlik

Venesiya Biennalesi böhranı: Rusiya pavilyonuna görə siyasi gərginlik
14 aprel 2026
# 14:00

Avropa Komissiyası Venesiya Biennalesi çərçivəsində Rusiya pavilyonunun yenidən açılması qərarına sərt reaksiya verərək, quruma ayrılan təxminən 2 milyon avroluq maliyyəni dondura biləcəyini açıqlayıb.

"Euronews" xəbər verir ki, qərar, Rusiyanın 2026-cı il sərgisində iştirakının Ukraynanın işğalı ilə bağlı tətbiq olunan sanksiyalara zidd olduğu iddiaları fonunda qəbul edilib.

Avropa Komissiyası Biennale rəhbərliyindən mövqeyini 30 gün ərzində dəqiqləşdirməyi tələb edib, əks halda 2028-ci ilə qədər planlaşdırılan maliyyənin ləğvi gündəmə gələ bilər.

Məsələ Corciya Meloni hökuməti daxilində də fikir ayrılıqlarını dərinləşdirib; baş nazirin müavini Matteo Salvini Brüsselin addımını “şantaj” adlandıraraq sərt tənqid edib.

Digər tərəfdən, Ukrayna və 22 Aİ ölkəsi Rusiyanın iştirakına qarşı çıxaraq pavilyonun açılmasını protesto edib.

Volodimir Zelenski isə Biennale ilə əlaqəli bir neçə rus mədəniyyət nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.

Müzakirələr fonunda bəzi siyasətçilər sənətin siyasi qarşıdurmalar zamanı dialoq və körpü rolunu oynamalı olduğunu vurğulayır.

Digərləri isə Avropa Komissiyasını “ikili standartlar” tətbiq etməkdə ittiham edir.

Beləliklə, Venesiya Biennalesi ətrafında yaranan böhran Avropa mədəniyyət siyasətində ciddi gərginlik və fikir ayrılıqlarını üzə çıxarıb.

# 1001 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər