“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
2 iyul 2024
# 15:38

“Ulduz” ədəbiyyat jurnalı iyun nömrəsində oxucularının görüşünə yeni təqdimatda gəlib.

Kulis.az xəbər verir ki, “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs daha bir yeni təşəbbüsün reallaşmasının gözlənildiyini bildirib.

Belə ki, Ankarada çap olunan “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahinlə Qulu Ağsəsin əldə etdiyi razılığa əsasən, “Ulduz”un növbəti xüsusi buraxılışı “Gənc ürəklər” dərgisində, “Gənc ürəklər” dərgisinin növbəti nömrəsi isə “Ulduz”da oxuculara təqdim olunacaq.

Bundan əlavə, jurnalın səhifə sayı da artırılır. Əvvəl 88 səhifə çap olunduğu halda, bundan sonra 96 səhifəli olacaq.

Qeyd edək ki, jurnalın iyun nömrəsi isə xüsusi olaraq 104 səhifə hazırlanıb. Eyni zamanda, jurnalın ölçüsündə də dəyişiklik edilib. Dərginin üz qabığı, mündəricatından tutmuş son səhifəsinə qədər dizaynında dəyişiklik olunub. “Ulduz”un yeni dizaynı Türkiyədə hazırlanıb, növbəti nömrələr də eyni qaydada tərtib ediləcək.

# 1847 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər