Türkiyəli tədqiqatçı Respublika Uşaq Kitabxanasında

Türkiyəli tədqiqatçı Respublika Uşaq Kitabxanasında
22 yanvar 2025
# 09:38

21 yanvar 2025-ci il tarixində Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, ədəbiyyat dili uzmanı, uşaq ədəbiyyatı araşdırmaçısı doktor Yaşar Sözen Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı olub. Həmçinin Azərbaycan uşaq yazarlarından Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanova və digər yazıçılar da qonaq qismində iştirak edib.

Kulis.az xəbər verir ki, görüş zamanı Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2024) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin müzakirəsi aparılıb. Gənc alim tezis haqqında geniş danışıb, vurğulayıb ki, tezisin yazılmasında məqsəd Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyatının inkişaf tarixini öyrənmək və onu Türkiyədə tanıtmaqdır. Yaşar Sözen təqdimat zamanı məlumat verib ki, tezisdə Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə - Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırıb. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Eyvaz Zeynalovun, Rafiq Yusifoğlunun, Sevinc Nuruqızının hekayələrinin geniş tədqiqatı aparılıb. Həmçinin o, qeyd edib ki, uşaq hekayələrində təsvir olunan hadisələr mürəkkəb olmamalıdır. Əsasən məntiqi nəticələrlə bitən hərəkətli hadisələr daxil edilməlidir. Komediya səhnələri maarifləndirici və əyləncəli elementlərdən asılı olaraq hekayə mətnlərinə daxil edilməlidir.

Sonda araşdırmaçı alim Yaşar Sözen uşaq yazarlarının suallarını cavablandırıb.

# 1681 dəfə oxunub

Oxşar xəbərlər

"Sən gəlməz oldun"  mahnısı əslində, kimə həsr olunub?

"Sən gəlməz oldun" mahnısı əslində, kimə həsr olunub?

10:40 28 aprel 2026
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə   sənətkarlıq mərkəzlərində

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə sənətkarlıq mərkəzlərində

10:25 28 aprel 2026
Bağırovun qəbulunda təşvişə düşən yazıçı: Onu ölümdən hansı sual xilas etdi?

Bağırovun qəbulunda təşvişə düşən yazıçı: Onu ölümdən hansı sual xilas etdi?

10:05 28 aprel 2026
Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

17:37 27 aprel 2026
Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

17:00 27 aprel 2026
“Nəriman Nərimanov və Türk dünyası”  adlı tədbir təşkil olundu

“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olundu

15:37 27 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər