"Həyat davam edir" serialı ilə tanınan türkiyəli aktrisa Meltem Miraloğlu zorakılığa məruz qalıb.
Kulis.az xəbər verir ki, 38 yaşlı aktrisanın ona aşiq olan gənc amerikalı tərəfindən döyüldüyü məlum olub.
İddiaya görə, zorakılıq nəticəsində Miraloğlunun qabırğaları qırılıb və ağciyərinə zərər dəyib.
Qeyd edək ki, hazırda aktrisanın səhhətinin yaxşı olduğu bildirilir.