Türkiyədə qalstuka niyə “kravat” deyirlər? - Tarix

Türkiyədə qalstuka niyə “kravat” deyirlər? - Tarix
29 may 2024
# 14:00

Kulis.az İmarət Cəlilqızının "Qalstuk” adlı yazısını təqdim edir.

Dünyanın, demək olar ki, bütün dillərində olduğu kimi, Azərbaycan dilinin leksik tərkibində də başqa dillərdən alınmış xeyli söz vardır ki, bu sözlərə dilçilik elmində alınma sözlər deyilir.

Dilimizə daxil olmuş alınma sözlərin bir hissəsi Avropa mənşəlidir. Belə sözlərdən biri də çoxumuza yaxsı tanış olan qalstuk sözüdür. Bu söz dilimizə rus dilindən, rus dilinə alman dilindən, alman dilinə də holland dilindən keçibdir. Söz alman dilində iki sözün - hals (boyun) və tuch (yaylıq) sözlərinin birləşməsindən əmələ gəlib halstuch şəklindədir - halstuch, yəni boyun yaylığı.

Avropa dillərində bu mənada işlənən başqa bir söz də var ki, o sözün islənmə dairəsi "qalstuk" sözu ilə müqayisədə daha genişdir: bu, kravate sözüdür. Bu söz fransız dilində cravate, ispan dilində corbata, ukraincə kravatka, rumın dilində cravata, polyak dilində krawat şəklində işlənir.
Türk qardaşlarımız da öz dilinin lüğət tərkibinə bu geyim aksesuarının adının qalstuk deyil, kravat variantını daxil etmişlər.

Bəs kravat mənşəcə necə izah olunur?

Bir sıra dil mütəxəssislərinin qənaətinə görə, kravat "kroat // xorvat" sözü ilə əlaqədar meydana gəlib. Tarixi məlumatlara əsasən geyim elementlərinə qalstuk əlavə etmək dəbi XVII əsrdən başlanır. Bu da irrequlyar polklarda xorvatların qulluq etməsi ilə əlaqələndirilir.

Otuzillik müharibə dövründə fəaliyyət göstərmiş irrequlyar qoşunlarda xorvatlar sayca üstünlük təşkil etdiyinə görə bu dəstələrə kroatlar deyilirdi.

Yeri gəlmişkən, tarixdə müxtəlif adlar altinda başqa irrequlyar qoşunlar da olub, indi də var - bu, başqa bir söhbətin mövzusudur.

İrrequlyar qoşunlar bir sıra özünəməxsus xüsusiyyətləri ilə yanaşı, həm də geyimləri ilə requlyar qoşunlardan nəzərəçarpacaq dərəcədə fərqlənirdi.

Bir çox hallarda onlar özləri özlərini sursat və digər hərbi ləvazimatlarla təmin edir, mundir növünü də özləri müəyyənləşdirirdilər. Kroatlar da digər dəstələrdən fərqlənmək və döyüş zamanı bir-birini tanımaq üçün fərqləndirici nişan kimi boyunlarına yaylıq bağlayırdılar. Bu həmin o yaylıqdır ki, indi özü moda tarixi boyunca cürbəcür formalara düşsə də, adı cravate//corbata//kravatka//cravata//krawat, nəhayət, türk dilindəki kravat olaraq qalıb.

# 3850 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər