Fevralın 6-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış koreyalı dirijor Jong-hun Bae ilk dəfə çıxış edəcək.
Kulis.az xəbər verir ki, Azərbaycan və rus bəstəkarlarının yaratdığı qiymətli əsərlər Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə maestronun təfsirində səslənəcək.
Yüksək musiqi mədəniyyətinə malik olan Jong-hun Bae təkcə öz vətənində deyil, Asiya, Avropa və Şimali Amerikanın aparıcı orkestrləri, o cümlədən Tokio Simfonik Orkestri, Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestri, Leypsiq Simfonik Orkestri, “Mixail Jora” adına Filarmoniyanın Simfonik Orkestri ilə dünyanın ən böyük səhnələrində çıxış edərək böyük dirijorluq məharətini nümayiş etdirib.