"Sənə cadu ediblər, ona görə ərə gedə bilmirsən..." - Seymur Baycan

"Sənə cadu ediblər, ona görə ərə gedə bilmirsən..." - Seymur Baycan
21 avqust 2025
# 15:40

Kulis.az Seymur Baycanın yazısını təqdim edir.

Falçılıqla məşğul olmağı qanunla qadağan etmək istəyirlər. Bəs bu qadağanın hansı nəticələrə gətirib çıxaracağını bir dərindən düşünən adam varmı?!

Qadağan etmək asandır. Amma gərək qadağanın hansı nəticələr verə biləcəyini də dərindən düşünəsən.

Əgər falçılıq qadağan olunsa, ərə getmək istəyən minlərlə, on minlərlə qıza kim ümid verəcək?! Kim onlara deyəcək ki, sənə cadu ediblər, ona görə ərə gedə bilmirsən.

Əgər onlar bilsələr ki, ortada cadu yoxdu və onlar doğrudan da ərə gedə bilmirlər, bu acı, bu zəqqutum həqiqəti həzm edə biləcəklərmi?!

Tarixən məlumdur ki, insan ümidsuz yaşaya bilməz.

Bəs ərə getmək ümidini itirən qızlar kütləvi surətdə dəli olsalar, hökümətin bu dəliləri saxlamağa, onları müalicə etməyə, təzədən həyata qaytarmağa gücü çatacaqmı?

Onları təzədən həyata qaytarmaq üçün bu qədər psixoloqu, psixiatrı, sosioloqu və digər mütəxəssisləri hardan tapacağıq?!

Falçılar ərə getmək istəyən və ərə gedə bilməyən minlərlə, on minlərlə qıza ümid verirdilər. Sənə cadu ediblər - deyərək, bu dəhşətli uğursuzluğun, ərə gedə bilməməklərinin səbəbini onların özlərində olmadığını göstərirdilər.

Beləliklə, falçılar on minlərlə qızın dəli olmasının qarşısını alırdılar. İndi o qızlar bilsələr ki, cadu yoxdu, onlar doğrudan da ərə gedə bilmirlər, amansız rəqabətdə uduzublar və bunun fonunda yaxın rəfiqəsi, lap doğma bacısı, qonşusu, qohumu, iş yoldaşı, qrup yoldaşı, yol yoldaşı gəlin paltarı geyinəndə, "Vağzalı" havası çalınanda bu zərbəyə, bu ağır dərdə, bu zülmə, bu məşəqqətə, bu faciəyə, həyatın bu amansızlığına, bu iztiraba, bu ədalətsizliyə necə tab gətirəcəklər?!

Bu haqda bir düşünən varmı?

# 1778 dəfə oxunub

Oxşar xəbərlər

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər