"Səndə mənim cavanlığım qocalır..." - Günün şeiri

"Səndə mənim cavanlığım qocalır..." - Günün şeiri
9 oktyabr 2025
# 16:00

Bu gün şair, yazıçı Günel Mövludun doğum günüdür.

Kulis.az bu münasibətlə müəllifin "Dostuma məktub" şeirini təqdim edir.


Səndən sonra atam öldü xərçəngdən
Qardaşlarım həbs edildi, ikisi...
Səndən sonra uşaq doğdum qürbətdə
Heç üzümü güldürmədi birisi.



Səndən sonra Mövlud öldü, dinmədim.
Səndən sonra dindirmirdi heç məni.
Səndən sonra didərginəm vətəndən,
Hələ neçə ölkə qalıb köçməli?



Səndən sonra ingiliscə öyrəndim
Bir azca da kökəlmişəm - on kilo.
"Xalq düşməni" deyir mənə qohumlar
Anam deyib: "Mənim qızım deyil O!"



Roman yazdım, bu yaxında çıxacaq.
Gözlərimin kənarları qırışıb,
Son zamanlar heç düzələ bilmirəm,
Başağrısı diş dərdinə qarışıb...



Hey gülürəm Sən yadıma düşəndə
Ürəkgetmən, gecə itdən qorxmağın...
Bilirəm ki, darıxmırsan mənimçün.
Kim neyləsin mənim kimi axmağı?



Şəkillərdən görürəm ki, yaxşısan.
Yerindədir sağlamlığın, səhhətin?
Solmayıb ki, gözlərinin yaşılı?
Sınmayıb ki, hələ qəddin, qamətin?



Qurban olum, sən özünə yaxşı bax.
Ağartmasın saçlarını acılar.
Gözəl dostum, Sən qocalma, qorxuram!
Səndə mənim cavanlığım qocalır.


# 2005 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
Türkiyəli məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni vəfat etdi

14:30 14 oktyabr 2026
Maykl Ceksonun  "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

Maykl Ceksonun "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

14:00 14 oktyabr 2026
Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

13:31 14 oktyabr 2026
Stiven Kinqin  romanı əsasında çəkilən serial tənqid olundu - Səbəb

Stiven Kinqin romanı əsasında çəkilən serial tənqid olundu - Səbəb

13:00 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər