Samsung beynəlxalq sertifikatlara layiq görüldü

Samsung  beynəlxalq sertifikatlara layiq görüldü
13 iyun 2025
# 11:40

Samsung, kadmiumsuz, təhlükəsiz və ekoloji kvant displeylərinin istehsalına görə SGS və TÜV Rheinland kimi beynəlxalq sertifikatlara layiq görülüb.

Samsung Electronics, davamlı texnologiyalar və ekoloji məsuliyyət sahəsində standartları müəyyən etməyə davam edir. Şirkətin kvant displeyləri eyni anda iki nüfuzlu beynəlxalq təşkilat — İsveçrənin SGS institutu və Almaniyanın TÜV Rheinland sertifikatlaşdırma agentliyi tərəfindən yüksək qiymətləndirilib. Aparılmış yoxlamalar bir daha təsdiqləyib: Samsung displeylərində insan sağlamlığı və ətraf mühit üçün təhlükə yaradan zəhərli ağır metal olan kadmiumdan, istifadə olunmur.

"Samsung-un kvant nöqtəli televizorları zərərli maddələrlə bağlı məhdudiyyətlərə uyğun, təhlükəsiz texnologiya əsasında istehsal olunaraq, təsvirin misilsiz keyfiyyətini təmin edir", — deyə Samsung Electronics şirkətinin Displey Həlləri bölməsinin icraçı vitse-prezidenti Taeyong Son bildirib. — "SGS tərəfindən təqdim edilən sertifikat məhsullarımızın təhlükəsizliyini tam şəkildə təsdiqləyir. Bu hal bizi, davamlı olaraq dayanıqlı displey texnologiyalarının inkişafına sadiq qalmağa sövq edir."

2001-ci ildən bəri kadmiumdan şüurlu şəkildə imtina

Bir vaxtlar kvant nöqtələrinin istehsalında geniş şəkildə istifadə olunan kadmiumum, rəsmi olaraq insan və təbiət üçün təhlükəli, toksik element olduğu təsdiq edilib. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Aİ-nin RoHS direktivi kimi ekoloji qanunvericilik tələblərinin sərtləşdirilməsi fonunda Samsung, sözü gedən qlobal trendlər yer almamışdan çox daha əvvəl təhlükəsiz alternativlərin axtarışına başlayıb.
Şirkət 2001-ci ildən etibarən kadmiumsuz kvant nöqtələrinin istehsalı sahəsində tədqiqatlara start verib. Belə ki, 2014-cü ildə Samsung mühəndisləri dünyada ilk dəfə kadmiumsuz kvant nöqtəsi materialını təqdim edib, 2015-ci ildən isə bu texnologiya televizorların istehsalında tətbiq olunmağa başlanıb.

Və elə həmin ildən başlayaraq, Samsung, ekoloji cəhətdən təmiz displey texnologiyaları sahəsində liderliyini möhkəmləndirməkdə davam edir. Hazırda şirkətin zərərli maddələrdən azad kvant nöqtələrinin istehsal olunması və tətbiqi ilə bağlı təxminən 150 patenti mövcuddur.

SGS: Təhlükəsiz və effektiv texnologiya

Cenevrədə yerləşən və sertifikatlaşdırma əsasında keyfiyyətə nəzarət sahəsində ixtisaslaşan SGS institutu Samsung displeylərini hərtərəfli yoxlamadan keçirib. Təhlil nəticələri bir daha sübut edib ki, şirkətin istehsal etdiyi televizorlarında istifadə edilən kvant nöqtələri, beynəlxalq təhlükəsizlik standartlarına tam şəkildə cavab verir və kadmium tərkibli deyil.
Samsung-un bu sertifikata layiq görülməsi, uzun illər apardığı araşdırmaların, texnoloji innovasiyaların və dayanıqlı, ətraf mühitə dost həllərə yatırdığı böyük sərmayələrin nəticəsidir.

Sənayə üçün yeni standart

Müasir Samsung televizorları — o cümlədən Neo QLED 8K və QLED 4K kimi flaqman modellər də yeni nəsil kvant nöqtəsi texnologiyası əsasında hazırlanır. Bu cihazlar parlaq və dolğun təsvir, yüksək kontrast və dəqiq rəng ötürülməsi təqdim etməklə yanaşı, həm də ekoloji cəhətdən təhlükəsizdir.
Davamlı texnologiyalara artan tələbat fonunda Samsung, məsuliyyətli yanaşma nümunəsini nümayiş etdirərək, sübut edir ki, innovasiya və ekoloji təhlükəsizlik mütləq yanaşı addımlamalıdır.

# 641 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər