Şamo Abasovun əsərlərindən ibarət sərgi açılıb

Şamo Abasovun əsərlərindən ibarət sərgi açılıb
18 dekabr 2021
# 16:47

Xalq Bank” “Xalq Əmanətilayihəsinin iyirmi birinci nəşrini görkəmli Azərbaycan rəssamı Şamo Abasovun yaradıcılığına həsr edib.

APA-nın məlumatına görə, dekabrın 17-də “Xalq Bank”ın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov rəssamın yaradıcılıq xüsusiyyətləri haqqında danışıb. O qeyd edib ki, Şamo Abasovun öz dəst-xətti olub: "Şamo Abasov Azərbaycanın ən gözəl rəssamlarından biridir. Onun öz dəst-xətti var idi. Bu, hər rəssama xas olan şey deyil. Şamonun rəsmlərini harda görsən, bilirsən ki, bu, onun əsəridir. Onun sənəti hər zaman yaşayacaq”.

Xalq rəssamı Hüseyn Haqverdiyev Şamo Abasovla olan xatirələrindən danışıb. O qeyd edib ki, Leninqradda rəssamla birlikdə təhsil alıb və onunla bağlı yalnız xoş xatirələri var.

Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib ki, Şamo Abasov rəngkarlıq sənətində çox böyük iz qoymuş sənətkardır: "Bu kitab "Xalq Əmanəti" layihəsi çərçivəsində rəssamlara aid nəşr olunan 13-cü kitabdır. Bu kitablar rəssamlar haqqında gözəl mənbədir.

Mənim ilk işim Şamo Abasovla olub. Onu şəxsən tanıdığım üçün çox xoşbəxtəm. Onun emalatxanasında tez-tez görüşürdük, işləyirdik. Biz artıq dostlaşmışdıq. Şamo Cəbrayılda anadan olmuşdu. İşğal zamanı o, doğulub boya-başa çatdığı, özünə cənnət saydığı ata yurdunu itirmişdi. Yaratdığı "Qarabağın göz yaşları" adlı silsilə əsərləri onun Vətən itkisi ilə bağlı ağrısını gözəl əks etdirir. O, bu əsərləri heç kimə göstərmək istəmirdi. Zaman keçdi və Şamo məhz bu əsərlərlə şöhrət qazandı.

Biz bu kitab üzərində 2020-ci ildə işləməyə başladıq. Ağır il idi. Əvvəlcə pandemiya, sonra müharibə xəbəri gəldi. Biz Ali Baş Komandanın, müzəffər ordumuzun sayəsində 44 günlük müharibədə zəfər qazandıq. Kitabın mətni yazılan zaman Cəbrayıl azad olundu. Düşünürəm ki, Şamonun ruhu indi şaddır. Onun əsərləri daim yaşayacaq".

Rəssamın oğlu Turqut Abasov ailəsi adından kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O qeyd edib ki, sözügedən kitab vasitəsilə Şamo Abasov dünyası ilə tanış olmaq mümkün olacaq.

Tədbir çıxışlarla davam edib.

Rəsmi hissə bitdikdən sonra qonaqlar sərgi salonunda rəssamın yaradıcılığı ilə yaxından tanış olub, sənətkarın bədii albomunu hədiyyə alıblar.

# 2157 dəfə oxunub

Oxşar xəbərlər

"Məqsədim ittiham etmək deyil, sadəcə..." - Arif Quliyevin oğlu Teymur Əmrah haqda danışdı

"Məqsədim ittiham etmək deyil, sadəcə..." - Arif Quliyevin oğlu Teymur Əmrah haqda danışdı

18:38 12 noyabr 2025
Qulu Məhərrəmli: “Ramiz Mehdiyev Azərbaycan tarixinin bətnindəki "şiş"dir”

Qulu Məhərrəmli: “Ramiz Mehdiyev Azərbaycan tarixinin bətnindəki "şiş"dir”

18:01 12 noyabr 2025
“İndi meydanı veriblər Manafa” - Xalq artisti ilə müsahibə

“İndi meydanı veriblər Manafa” - Xalq artisti ilə müsahibə

17:22 12 noyabr 2025
Elnarə Akimova:  “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

17:08 12 noyabr 2025
İntibah dövrünün saray sənətkarı - Müasirləri onun haqqında nə yazırdılar?

İntibah dövrünün saray sənətkarı - Müasirləri onun haqqında nə yazırdılar?

16:40 12 noyabr 2025
Təkbaşına dünyanı gəzən və nasistlərlə mübarizə aparan yazıçı-səyyah

Təkbaşına dünyanı gəzən və nasistlərlə mübarizə aparan yazıçı-səyyah

16:00 12 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər