Şahbaz Xuduoğludan Baş nazirə açıq məktub: "Bu məsələyə aydınlıq gətirilsin"

Əli Əsədov, Şahbaz Xuduoğlu

Əli Əsədov, Şahbaz Xuduoğlu

25 aprel 2022
# 14:30

Kulis.az Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun Baş nazir Əli Əsədova açıq məktubunu təqdim edir.

Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova
Hörmətli cənab Baş nazir!
Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanununun 1.59.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 164.1.7-ci və 164.1.8-ci maddələri (Maddə 164.Vergi ödəməkdən azad edilmə) yeni redaksiyada verilmişdir. Bununla da həmin Qanunun 2.7-ci maddəsinə uyğun olaraq 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş bu dəyişikliyə əsasən:

1) “164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı”;

2) “164.1.8. mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)” cari ilin əvvəlindən ƏDV-dən azad edilmişdir.
Eyni zamanda, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Fərmanının 2, 2.1 və 2.1.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində həmin Məcəllənin 164.1.7-ci maddəsinə uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılmışdır.
Göründüyü kimi, ƏDV-dən azadolma ilə bağlı qanunun tətbiqi 2022-ci il yanvarın 1-dən nəzərdə tutulsa da, 164.1.7-ci maddədəki siyahı tələbi və fərmandakı müvafiq göstəriş bunu qeyri-mümkün etmişdir. Digər tərəfdən, artıq 4 ay keçməsinə baxmayaraq, Nazirlər Kabineti sözügedən siyahını təsdiq də etməmişdir. Bu səbəbdən mövcud qeyri-müəyyənlik hələ də ƏDV ödəməli olan nəşriyyat-poliqrafiya və kitab satışı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri üçün çaşqınlıq yaratmışdır.

Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.7. və 164.1.8-ci maddələrinin tətbiqi məsələsinə aydınlıq gətirilməsini Sizdən xahiş edirik.

Hörmətlə,
“Qanun Nəşriyyatı”nın direktoru:

Şahbaz XUDUOĞLU

# 2093 dəfə oxunub

Oxşar xəbərlər

Yubiley törəni:  Kənan Hacı - 50

Yubiley törəni: Kənan Hacı - 50

21:36 4 aprel 2025
Məscid Allahın evi deyil - Ömər Xəyyam

Məscid Allahın evi deyil - Ömər Xəyyam

18:53 4 aprel 2025
Aqşin Yenisey:  "Rahatlıq varsa, yaradıcılıq yoxdur"

Aqşin Yenisey: "Rahatlıq varsa, yaradıcılıq yoxdur"

18:30 4 aprel 2025
Akademik Musiqili Teatrına yeni direktor təyin edildi

Akademik Musiqili Teatrına yeni direktor təyin edildi

18:27 4 aprel 2025
Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək

18:00 4 aprel 2025
Xalq artisti Faiq Sücəddinovun vəziyyəti pisləşib

Xalq artisti Faiq Sücəddinovun vəziyyəti pisləşib

17:35 4 aprel 2025
#
#
# # #