“Rəngarəng duyğular” sərgisi açıldı

“Rəngarəng duyğular” sərgisi açıldı
9 yanvar 2025
# 09:20

“Ambassadors Cultural Club” mədəniyyət mərkəzi fəaliyyətə başlayıb və mərkəzdə "Rəngarəng duyğular" sərgisi açılıb.

Kulis.az xəbər verir ki, mərkəz “Arts Council Azerbaijan” təşkilatının nəzdində yaradılıb. Mədəniyyət mərkəzinin açılışı çərçivəsində istedadlı Azərbaycan rəssamlarının əsərlərini bir araya gətirən “Rəngarəng duyğular” adlı kollektiv sərgi təqdim olunub. Sərgi yaradıcı yanaşmaların, üslubların və texnikanın zənginliyini nümayiş etdirib.

Sərgidə rəssamlar Ruslan Rüstəmov, Hüseyn Kəngərlı, Mələk Abbaszadə, Nərgiz Quliyeva, Məryəm Kiblayeva, Nigar Əliyeva, Aynurə Mustafayeva, Röya Həsən, Elşən Rzazadə, Leyla Orucova, Leyli Müseyibova, Sevda Rüstəmova, Nailə Məhərrəmova, Sevinc Gəncəli, Təranə Əliyeva, Eldar Babazadə, Aliyə Əsədullayeva, Günay Bəylərova, Nailə Aslanova, Vüsalə Şərifova, Ləman Hacıyeva, Nuray Allahverdiyeva, Nigar Familsoy, Rosa Murad, Gündüz Xunlar, Samirə Muxtarova, Könül Cabbarova iştirak ediblər.

Əsərlər həm rəssamların şəxsi təəssüratlarına, həm də aktual sosial və mədəni problemləri əks etdirən geniş mövzulara işıq tutur.

# 2444 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər