Ramiz Qusarçaylı təltif edildi

Ramiz Qusarçaylı, şair

Ramiz Qusarçaylı, şair

13 iyun 2022
# 18:20

9-11 iyun tarixində İstanbul şəhərindəki Atatürk Kültur Mərkəzində Türkiyə Kültür və Turizm Bakanlığının və Türkiyə Yazarlar Birliyinin birgə təşkil etdiyi “Türkcənin 14-cü Uluslararası şeir şöləni" adlı beynəlxalq miqyaslı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Türkiyəni, Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı, Türkmənistanı, Doğu Türküstanı, Kipri, İranı, İraqı, Bolqarıstanı, Kosovanı, Makedoniyanı, Üsküpü, Bosniyanı, Yunanıstanı, Başqırdıstanı, Tatarıstanı təmsil edən şairlər iştirak edib. Tədbirdə ölkəmizi Əhməd Cavad mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı və Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı təmsil edib.

“Ziya Paşa Büyük Ödül”ü azərbaycanlı şairə təqdim olundu

09-11 iyun tarixində İstanbul şəhərindəki Atatürk Kültur Mərkəzində Türkiyə Kültür və Turizm Bakanlığının və Türkiyə Yazarlar Birliyinin birgə təşkil etdiyi “Türkcənin 14-cü Uluslararası şeir şöləni" adlı beynəlxalq miqyaslı tədbir keçirilmişdir.

Tədbirdə qardaş Türkiyəni təmsil edən şairlər, eləcə də Azərbaycanı,Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı, Türkmənistanı, DoğuTürküstanı, Kipri, İranı, İrakı, Bolqarıstanı, Kosovanı, Makedoniyanı, Üsküpü, Bosnanı, Yunanıstanı, Başqırdıstanı, Tatarıstanı təmsil edən şairlər iştirak etmişlər.Tədbirdə ölkəmizi Əhməd Cavad mükafatı laureatı,Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı və Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı təmsil etmişlər.

Uluslararası şeir şöləninin açılış mərasimində TC başkanı sayın Receb Tayyib Erdoğanın təbrik məktubu oxunmuş, Türkiyə Yazarlar Birliyinin başqanı Prof.dr. Musa Kazım Arıcan, Türkiyə Kültür və Turizm Bakanının müavini Əhmet Misbah Dəmircan, Türkçənin Uluslararası Şeir Şöləni Daimi Heyət başqanı D.Mehmet Doğan və şair Ramiz Qusarçaylı çıxış etmişlər.

Şeir şöləni Türkiyənin İstiqlal şairi Mehmet Akif Ərsoyun, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin, eləcə də Ziya Paşanın, Nəcip Fazilin, Yunus Əmrənin, Əhməd Hamdi Tanpınarın, Sezai Karakoçun, Cahit Zarifoğlunun və Bakinin adına düzənlənmiş şeir fəsilləri ilə fəaliyyət göstərmiş, “İstanbulun şeiri, şeirin İstanbulu”,“Ədəbiyyat dərgiləri və şeir” və “Şeir və dijital məcra” adlı məsələlərlə bağlı müzakirələrlə işini davam etmişdir.

Şeir şöləninin bağlanış mərasimində şair və yazıçılara iştirak bəratları təqdim olunmuş, qaliblər isə ödüllərlə təltif olunmuşlar. Fərəhli haldır ki, “Ziya Paşa Büyük Ödül”ünə ölkəmizi təmsil edən “Vətən” poemasının və “Azərbaycan bayrağı” şeirinin müəllifi şair Ramiz Qusarçaylı layiq görülmüşdür.

# 3018 dəfə oxunub

Oxşar xəbərlər

"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

12:00 7 iyul 2026
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

12:00 7 iyul 2026
ABŞ Prezidenti gülüş hədəfində: "Trampın 250 illik yubiley konserti biabırçılıqdır!"

ABŞ Prezidenti gülüş hədəfində: "Trampın 250 illik yubiley konserti biabırçılıqdır!"

11:26 7 iyul 2026
“Melodiya” Vaqif Mustafazadənin caz albomunun rəqəmsal versiyasını buraxdı

“Melodiya” Vaqif Mustafazadənin caz albomunun rəqəmsal versiyasını buraxdı

18:31 6 iyul 2026
"Mən, Ennio Marrikone, öldüm, dostlarıma xəbər verirəm..." - Sükuta çəkilən maestro

"Mən, Ennio Marrikone, öldüm, dostlarıma xəbər verirəm..." - Sükuta çəkilən maestro

18:25 6 iyul 2026
Ana olmaq həsrəti və rənglərin etirafı - Ən məşhur avtoportretlərin arxasındakı faciə

Ana olmaq həsrəti və rənglərin etirafı - Ən məşhur avtoportretlərin arxasındakı faciə

18:10 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər