"Qobustan" dərgisinin Türkiyə özəl sayı işıq üzü gördü

"Qobustan" dərgisinin Türkiyə özəl sayı işıq üzü gördü
2 aprel 2024
# 14:30

"Qobustan" Sənət Toplusunun yaz sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, ötən ilin noyabr ayında Türkiyənin nüfuzlu ədəbi təşkilatı olan Türk Ədəbiyyatı Vaqfı və onun mətbu orqanı "Türk ədəbiyyatı" dərgisi ilə qarşılıqlı razılaşmaya əsasən bu say Türk mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına həsr olunub.

Dərgidə Xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, şair-publisist Fərid Hüseyn, Aysel Xanlarqızı, Pərvin, sənətşünaslar Natiq Əfşar, Dürdanə Qurbanova və başqa müəlliflərin məqalələ-esselərində böyük Türk mədəniyyətinin müxtəlif yönləri təhlil olunub.

Bu sayda həmçinin yazıçı-tərcüməçi İmdat Avşar kimi müəlliflərin timsalında qardaş türk ədiblərinin də yazılarına yer verilib. Türk və Azərbaycan mədəniyyətini vəhdətdə göstərən dərgi qardaşlığın sənətdəki əksini də önə çəkib. Dərginin bu sayında çağdaş sosial şəbəkələr zamanı ilə ayaqlaşan redaksiya heyəti bir yeniliyə də imza atıb. Belə ki, dərginin mündəricatında QR kodu oxutmaqla yeni, "Baş redaktor təqdim edir" rubrikasını video-formatda izləmək imkanı yaranır. Bir neçə dəqiqədə dərgidəki yazıların ümumi ideyasını ifadə edən redaktor Pərvin Nurəliyeva "Qobustan»ın bu sayını niyə oxumalısınız?" - sualının cavabını oxucularla bölüşür.

P.Nurəliyeva dərginin bu sayı ilə bağlı digər yenilikləri də bölüşüb: "Bu ildən qarşımıza yeni hədəflər qoymuşuq. Görünən odur ki, zaman internet və sosial şəbəkələr zamanıdır və bu vasitələrlə oxucuya çatmaq, ona xitab etmək daha doğrudur. Əlbəttə ki, bizdən ötrü bu, yeni bir yoldur, hələ incəlikləri öyrənməyə çalışırıq. Amma bununla belə necəsə başlamağa və ədəbiyyat aləmindən uzaq internet izləyicilərinə də necəsə görünməyə çalışırıq. Dərginin sosial şəbəkə hesablarında qısa, amma maarifləndirici video-materiallar yerləşdirməklə, qısa özəti yenə video-formatda danışmaqla müəyyən bir təbliğat yolu tapmaq istəyirik".

Dərgi redaktoru, həmçinin onu da bildirib ki, bu sayın «Poeziya» əlavəsi də yaxın günlərdə işıq üzü görəcək: "Türkiyə özəl sayının kitab əlavəsi də çapdadır. Yaxın zamanlarda çağdaş türk poeziyasının orjinal nümayəndələrindən biri Furkan Çalışkanın şeir kitabını da oxucularımıza təqdim edəcəyik. Şeirləri azərbaycan dilinə şair Aysel Xanlarqızı çevirib".

Qeyd edək ki, bu sayı şəhərdə müxtəlif oxuculara da təqdim, hədiyyə etməklə təbliğat üsulu seçən dərgi əməkdaşları kitab sərgilərində, yarmarkalarında iştirak etmək niyyətindədirlər...

# 1426 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər