Özlərini “haqq carçısı” kimi təqdim edənlər – Fərid Hüseyn yazır...

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

12 mart 2022
# 15:20

Kulis.az Fərid Hüseynin ““Saxtakarlar ensiklopediyası”nın ictimai nəzarət səhifəsi” yazısını təqdim edir.

Bəzi insanlar naqis iş tutandan, rüsvay olandan sonra da özlərini müdafiə edərək, daha da simasızlıq nümayiş etdirirlər. Cəmiyyətimizdə elə olaylar baş verir ki, sanki bəzən Corc Oruelin "1984” əsərindəki müxtəlif səhnələri xatırlayırsan. O əsərdə "Məhəbbət Nazirliyi”nin işi cəmiyyətdə nifrəti körükləməkdir. Yəni hər qurum adının tərsinə işlər görür. Bir həftədə "İctimai nəzarət şurası” adı altında iki nəfər həbs olunub, məlum olub ki, fəaliyyətləri düzgünlüyə nəzarət yox, daha çox şantajdan ibarət imiş.

Ayıbına kor olmaq əvəzinə...

İnanıram ki, həbs olunanlar bir gün qazamatdan çıxıb yenə də insanlara ağıl verəcək, öyüdnamələr söyləyəcəklər. Yelizabet Ströker "Elm etikasından” dərs deyirmiş, elmi pillədə professorluğa qədər yüksəlibmiş. Bir gün onu plagiatda və istinad normalarını pozmaqda ittiham edərək çalışdığı universitetdən qovurlar. O isə ölümündən bir müddət əvvəl "Elm etikası adına” adlı bir kitab yazır və öz səhvlərini boynundan atmağa çalışır, ayıbına kor olmaq əvəzinə, sübut olunan fırıldağının "üstünə gedir”. Görünür, dünyanın hər yerində həyasızlığın sonu, cinsi, irqi, yaş məhdudiyyəti yoxdur.

Bu cür özlərini "haqq carçısı” kimi təqdim edən "ədalət dəllalları” çox zaman bunu öz bizneslərini qorumaq, əsl kimliklərini gizləmək, başqa məqsədlərə xidmət etmək üçün edirlər. Həqiqi kimliklərini gizləmək istəyənlər həmişə özlərini cəmiyyətə nəyisə aşkarlamış, ortaya çıxarmış biri kimi sırıyırlar. Və onların "kəşf etdiyi həqiqət” çox zaman onlar üçün ancaq və ancaq arxasında gizləndikləri riyakarlıq qalası rolunu oynayır.

Qabda insan yağı da göstərilir

Roelf Boltun "Yalançılar və saxtakarlar ensiklopediyası” adlı bir kitabı var, o nəşrdə xeyli sayda və növdə fırıldaqçılardan bəhs edir. Məsələn, general Felix Murga Perunun Huanuco vilayətində cinayətkar qruplaşmanı ələ keçirdiklərini elan edir, bununla əlaqədar mətbuat konfransı keçirir. Guya, o qruplaşma 40-60 nəfər adamı öldürüb, mərhumların bədənlərindən yağları çəkib Amerika və Avropadakı estetik klinikalara satıblar. Hətta qatillərdən birinin videosu da mətbuat konfransında nümayiş etdirilir və balaca bir qabda insan yağı da göstərilir. Amma sonradan əlavə araşdırmalar aparılır və üzə çıxır ki, dünyanın "orqan bazarında” bu tipli yağların alıcısı yoxdur.

Səhnədəkilərin əsl kimliyi kulisdə bəlli olur

Bundan əlavə, estetik cərrahiyyələr zamanı nəinki insan yağı gərək olur, həkimlər özləri əməliyyat zamanı bəzən yağı bədəndən çəkib xüsusi qablara yığaraq zibil tutusuna atırlar, belə mayelərin satışı söhbət mövzusu deyil. Araşdırmalar məntiqi şəkildə aparılıb, istintaq gedib və məlum olub ki, polislər, şübhəli bilinən 47 nəfəri günahları isbat edilməmiş öldürüblər, bu hadisəni ört-basdır edib günahkarları məsuliyyətdən yayındırmaq üçün belə bir hiyləyə əl atıblar.

Ona görə də, ayıq-sayıq olmaq, həmişə məsələlərin arxasındakı səbəbləri, insanların kimliklərini öyrənmək lazımdır. Həyat, Şekspir demişkən, teatrdır, insanlar isə çox vaxt səhnədə baş verənləri - gördüklərini müzakirə və təftiş edirlər. Səhnədəkilərin əsl kimliyi isə kulisdə bəlli olur.

/kaspi.az/

# 3281 dəfə oxunub

Oxşar xəbərlər

"O, lap əvvəldən bizimlə idi" - Tramp ən çox sevdiyi mahnının müəllifindən danışdı

"O, lap əvvəldən bizimlə idi" - Tramp ən çox sevdiyi mahnının müəllifindən danışdı

17:00 2 iyul 2026
Milli Xalça Muzeyində moda nümayişi  -  “Zamanın naxışları”

Milli Xalça Muzeyində moda nümayişi - “Zamanın naxışları”

16:30 2 iyul 2026
Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

16:00 2 iyul 2026
Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

15:30 2 iyul 2026
Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

15:10 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər