Ölkədə kişili-qadınlı hamı "aybaşı"dı - Ulucay Akif

Ölkədə kişili-qadınlı hamı "aybaşı"dı - Ulucay Akif
30 oktyabr 2024
# 14:45

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Azərbaycanda xidmət sahələri biabırçı vəziyyətdədir.

Taksiyə minirsən, qorxursan ki, durduq yerə nəsə olacaq, sürücü səni döyəcək,

mağazaya girirsən, qorxursan ki, nəsə olacaq, satıcı səni söyəcək,

restoranda ofisiantdan nəsə istəməyə qorxursan ki, əlindəki padnosu çırpacaq başına,

evinə usta çağırırsan, işi necə görməli olduğunu deməyə tərəddüd eləyirsən ki, əsəbiləşəcək, qanqaraçılıq düşəcək,

avtobusda sürücüdən ehtiyat edirsən...

Belə yaşayırsan Azərbaycanda.

Xəstəxanada həkimə nəsə deməyə qorxursan, hansısa şirkətdə resepşndan, bankda mühafizəçidən nəsə soruşmağa çəkinirsən...

Hamı gərgindi, hamı əsəbidi.

Küçədə "semiçka" satan xala da, dilənən qaqaş da hər an nəsə eləyə bilər sənə.

Siz də məni bağışlayın, ölkədə kişili-qadınlı hamı aybaşı olub, elə bil.

Bir həftəyə də keçmir e. Bir ömür belə davam edir.

Çox uzağa getmirəm, adicə hamımızın getdiyi, gördüyü Türkiyədə necədi vəziyyət? Xidmət sahəsini deyirəm. Hamı "efendim" deyə-deyə başına fırlanır. Adam özünü, doğrudan, əfəndi kimi hiss edir.

Yoxsa bizdə?

Taksi sürücüsü sənə əmr edir, deyir, ora sürə bilmərəm, burda düş, xoşuna gəlmir dur bas bayıra maşından...

Satıcı deyir ki, almırsansa, rədd ol mağazamdan...

Ofisianta deyirsən, çörək boyatdı, deyir, bizdə belədi, xoşuna gəlmir sürüş kafemizdən...

Öz ölkəndə, öz şəhərində, öz məhəlləndə, lap elə öz evində də tikan üstündə yaşayırsan.

Səbəb də bəlli...

Özümüzdən Amerika kəşf etməyə ehtiyac yoxdur.

Səbəb mədəniyyətsizlik, görməmişlik və ən əsası, içimizdəki əziklik kompleksidir. Hamı özünü yarımçıq, natamam hiss edir. Hamı özünü necəsə sübut etməyə çalışır.

Taksi sürücüsü elə bilir ki, kimsə buna taksi sürdüyü üçün pis baxır,

Ofisiant elə bilir ki, restoranda müştəriyə xidmət etmək “padlo”du və s. və ilaxır...

Yəni budur təfəkkürümüz, budur ölkənin məişət mənzərəsi.

Bir dəfə hansısa yazıma ortayaşlı xanımdan belə bir şərh gəlmişdi, hələ də o şərhi unuda bilmirəm:


”Uluçaysan nəsən qudurma! Gəlib ağzını cıraram!”

İndi bu yazını yazdım, oxuyanlar ağzımı cırmasa yaxşıdı.

# 5604 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər