Niyə həmişə bu günün ağrısını sabaha saxlayırıq?

Niyə həmişə bu günün ağrısını sabaha saxlayırıq?
5 may 2026
# 18:03

Kulis.az Leyla Sarabinin yeni yazısını təqdim edir.

Bəzən insanın apardığı ən böyük mübarizə həyat uğrundadır.

Əslində, bütün savaşlarımız, dava-dalaşlarımız, doğuluşumuz, hətta gedişimiz də yenidən, təkrar-təkrar qayıtmaq yolundadır. Dünyanın paralel tayında həyatın gedişatından xəbərsiz, bütün ümidimizi bir kürəyə bağlayıb, bərk-bərk yapışıb qalmaq istəyimiz... İndini yaşamağı bacarmadan dünəndə, bu gündə, sabahda eyni anda var olmaq iddiamız...

Bəlkə, həqiqətən də hər üç zamanda, hətta ad qoya bilmədiyimiz vaxt kəsiklərində birdən yurd salmışıq. Məsələn, dünənə kök saldığımız üçün bu günün torpağında cücərə bilmirik, sabahın dadı damağımıza o qədər tanışdır ki, indi ilə doğmalaşıb həzz ala bilmirik. Nədənsə ümidimizi üzüb, nəyəsə ümid bəslədiyimizdən ötrü reallığa tabe olmağı, hazırda var olmağı rədd edirik.

Mən bu trilemma arasında həmişə ən çətini seçirəm - indini... Dar gəlsə də, təslimiyyət ən doğru qərardır. Yenidən başlamaq üçün güc toplamaq, hətta sürünmək, amma işıq parçasına inanıb ayağa qalxmaq, dadını bilmədiyin acıya tabe olub onun apardığı yerə getmək, sonunda yolunu tapmaq, bu günün ağrısını sabaha saxlamamaq yəqin, yaşamağın aksiomudur.

Sabahın da öz ağrısı mütləq və mütləq olacaq. İndidən qaçmaq yox, əlindən tutub addımlamaq, gedənləri buraxmaq, qalanları qucaqlamaq, amma ən çox özünü sevib bağışlamaq verə biləcəyin ən doğru qərardır.

Ağrını gizlətmədən, ciyərini zəhərləmədən, ürəyini zədələmədən sağalmaqdan başqa yol yoxdur. Yoxsa təzyiq başına, başın bədəninə, bədənin də basdığın torpağa ağırlıq edib səni dibə çəkəcək. Dibdən daha sürətli qalxmaq isə üzməyi bacaranların hünəridir. Üzə bilmək üçün də ruhun, bədənin, zehnin məşqi vacibdir. Bu isə indinin, bu günün işidir. Suyun üzündə diri qalmaq, boğulmamaq üçün tarazlığı qorumaq, məqamda var olmaq, yalnız özünə sığınmaq bu anda özün üçün edə biləcəyin ən böyük yaxşılıqdır.

Bu günlərdə bir şey də öyrəndim. Sən demə, karma yoxmuş. Özümüzə yüklədiyimiz vicdanın cəzasını gözləyirik, narsissist-empat isə uydurduğumuz duetmiş. Sevgi, mərhəmət dilənməyə də gərək yoxmuş. Bu həyatda sən varsansa, sən varsan.


# 2200 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər