Nigar Rəfibəylinin 110 illiyi münasibətilə virtual sərgi hazırlandı

Nigar Rəfibəylinin 110 illiyi münasibətilə virtual sərgi hazırlandı
23 iyun 2023
# 12:35

Bu gün XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən şairin anadan olmasının 110 illiyi münasibətilə virtual sərgi hazırlanıb.

Kulis.az xəbər verir ki, hazırlanan virtual sərgidə şairin göz açdığı ictimai-siyasi, ədəbi mühiti ətraflı təsvir olunub.

Gənclik illərindən cəsur, vətənpərvər olan, böyük istedada malik Nigar xanımın mübarizələrlə dolu şərəfli, məzmunlu həyat və yaradıcılığı haqqında məlumat verilib və qeyd edilib ki, onun əsərlərinin leytmotivini vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları, insanın mənəvi aləmi, təbiət mənzərələri təşkil edir. Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatının da xüsusi yer aldığı vurğulanıb.

Virtual sərgidə şairin “Seçilmiş əsərləri”, “Məhəbbətim bölünmədi”, “Bahar nəğməsi” kimi kitablarının, tərcümə etdiyi Məhsəti Gəncəvinin rübailəri, Fridrix Şillerin “Pyeslər”i, Anton Pavloviç Çexovun “Seçilmiş əsərləri”nin, eləcə də haqqında yazılan kitabların, “Sevgidən doğulan poeziya”, “Nigar Rəfibəyli-incə ruhlu sənətkar”, “Poeziyamızın qoşa qanadı”, “O müqəddəs xatirələr” kimi dövrü mətbuatda çap olunan məqalələrin biblioqrafik təsviri yer alıb.

# 1412 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

18:35 3 mart 2026
Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya  hazırlaşır

Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya hazırlaşır

17:00 3 mart 2026
Aktrisa ilə teatr direktoru arasındakı məhkəmədə qərar verildi

Aktrisa ilə teatr direktoru arasındakı məhkəmədə qərar verildi

16:24 3 mart 2026
“Xalq şairi Hökümə Billuri -100”  adlı kitab sərgisi açıldı

“Xalq şairi Hökümə Billuri -100” adlı kitab sərgisi açıldı

16:20 3 mart 2026
Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

16:00 3 mart 2026
UNESCO-dan xəbərdarlıq: Orta Şərqdə mədəni miras təhlükədədir

UNESCO-dan xəbərdarlıq: Orta Şərqdə mədəni miras təhlükədədir

15:45 3 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər