Kitab sərgisi

Müharibədə işgəncə görən Xalq artisti - O, niyə teatrın binasında yaşayırdı?

Müharibədə işgəncə görən Xalq artisti - O, niyə teatrın binasında yaşayırdı?
2 oktyabr 2025
# 14:10

2 sentyabr Xalq artisti Həsənağa Salayevin anım günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Həsənağa Salayev 5 dekabr 1921-ci ildə Bakı şəhərində dünyaya gəlib.

6-cı Şura məktəbində ilk təhsilini alıb, 1937-ci ildə burdakı 9 illik təhsilini başa vurub.

1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib.

Sovet-fin müharibəsində 20 gün əsir qalan Həsənağa Salayevə 8 ay işgəncə verib, suyun içində saxlayıblar ki, “xalq düşməni" olduğunu boynuna alsın. Lakin o, heç nəyi boynuna götürməyib və sonra sərbəst buraxılıb.

1946-ci ildə müharibə bitdikdən sonra teatra qayıdıb.

Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan yeni tamaşalarda maraqlı rollar oynayıb. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar", Zeynal Xəlilin "Qatır Məmməd", Vilyam Şekspirin "Otello", Şekspirin"Antoni və Kleopatra", Mehdi Hüseynin "Cavanşir", Lope de Veqanın "Sevilya ulduzu", Süleyman Rüstəmin "Qaçaq Nəbi", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Bernard Şounun "Şeytanın şagirdi", Bəxtiyar Vahabzadənin "İkinci səs", Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Doktor), Fridrix Şillerin "Orlean qızı", Hüseyn Cavidin "Səyavuş" əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb.

O, "Görüş", "O olmasın, bu olsun", "İstintaq davam edir" və bir çox başqa filmlərdə yaddaqalan rollar ifa edib.

Həsənağa Salayev bacısı və onun həyat yoldaşı ilə münaqişədən sonra ata evini tərk edib. Dostu, Xalq artisti Adil İsgəndərov ona yaşamaq üçün teatrın binasında bir otaq ayırıb.

Həsənağa Salayev ailə qurduqdan sonra Adil İskəndərovdan əlavə bir otaq da istəyib və Adil müəllim evsiz aktyora əlavə 1 otaq da ayırıb. Həsənağa Salayev uzun illər ailəsi ilə teatrın binasında yaşayıb.

Həyat yoldaşı Sərvət xanımla 1959-cu ildə tanış olub və onlar arasında sevgi yaranıb. Cütlük 2 il sonra evlənib. O, həyat yoldaşını heç vaxt adıyla çağırmaz, həmişə ona “Xanım” deyə müraciət edərmiş.

Evlənəndə Həsənağanın 40 yaşı var imiş, xanımından 17 yaş böyük imiş. Cütlüyün iki oğlu olub – Dəryanur və Rəşadnuri. Övladları dünyaya gələndə Həsənağa Salayev sevindiyindən doğum evinin pəncərəsinə güllər atıb... Cütlük 20 il bir yerdə yaşayıb.

Aktyorun oğlu Dəryanura nişanlısı xəyanət edib. Sarsılan gənc cəbhəyə - Qarabağ döyüşlərinə gedib və şəhid olub. Digər oğlu Rəşadnuri isə narkotikin qurbanı olub. Beləliklə, onun ailəsindən heç kim qalmayıb.

Həsənağa Salayev 2 oktyabr 1981-ci ildə dünyasını dəyişib.

# 121 dəfə oxunub

Oxşar xəbərlər

Ayşe Barım xəstəxanaya yerləşdirildi

Ayşe Barım xəstəxanaya yerləşdirildi

15:54 2 oktyabr 2025
Vaqif Bayatlı Odəri niyə belə sevdik, belə istədik... – Nadir Yalçın

Vaqif Bayatlı Odəri niyə belə sevdik, belə istədik... – Nadir Yalçın

15:00 2 oktyabr 2025
UNESCO-nun ilk virtual qalereyası

UNESCO-nun ilk virtual qalereyası

14:35 2 oktyabr 2025
Necmi Sancakın filminin yayımı dayandırıldı - Qəzzaya dəstək verdiyi üçün

Necmi Sancakın filminin yayımı dayandırıldı - Qəzzaya dəstək verdiyi üçün

14:00 2 oktyabr 2025
“Müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı şeirləri” çap olunub

“Müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı şeirləri” çap olunub

13:45 2 oktyabr 2025
“Səyavuş Məmmədzadə – 90” sərgisi açıldı

“Səyavuş Məmmədzadə – 90” sərgisi açıldı

12:30 2 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər