Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyi açıldı

Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyi açıldı
8 avqust 2025
# 14:30

Samuxda Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirə muzeyinin açılışı olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Milli Qəhrəmanın doğum günü münasibətilə ailəsi onun xatirəsini əbədiləşdirimək üçün Samux rayonunun Alıuşağı kəndində yaşadığı evin həyətində muzey yaradıb.

Hökumə Əliyevanın yaxınları tərəfindən inşa edilən muzeydə onun həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, şəxsi əşyalar və digər yaddaş materialları sərgilənib.

Qeyd edək ki, ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayarkən həlak olan 38 nəfərin arasında pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva da olub. Dekabrın 29-u isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər üç ekipaj üzvünə Milli Qəhrəman adı verilib.

# 1478 dəfə oxunub

Oxşar xəbərlər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edildi

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edildi

18:30 9 oktyabr 2026
Professor Aida İmanquliyevanın xatirəsi yad edildi

Professor Aida İmanquliyevanın xatirəsi yad edildi

18:00 9 oktyabr 2026
Qiyamət ideyasını qlobal problemlərlə göstərən sərgi açıldı

Qiyamət ideyasını qlobal problemlərlə göstərən sərgi açıldı

17:40 9 oktyabr 2026
Güllünün ölümünə görə qızına ömürlük həbs cəzası verildi

Güllünün ölümünə görə qızına ömürlük həbs cəzası verildi

17:20 9 oktyabr 2026
Ən ağır cinayətlərə qarşı mübarizə aparan qadın - Bu gün Nobel Sülh Mükafatını qazanan Navi Pillay kimdir?

Ən ağır cinayətlərə qarşı mübarizə aparan qadın - Bu gün Nobel Sülh Mükafatını qazanan Navi Pillay kimdir?

17:00 9 oktyabr 2026
Beynəlxalq səyyahlar Gəncəsər monastırında

Beynəlxalq səyyahlar Gəncəsər monastırında

16:37 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər