Məşhur yazıçı ABŞ prezidentliyinə namizəd olacaq

Marianna Uilyamson

Marianna Uilyamson

24 fevral 2023
# 13:50

Məşhur yazıçı Marianna Uilyamson ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, Northwestern Universitetinin Medill Jurnalistika Məktəbinə müsahibə verən Uilyamson 2024-cü ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizəd olacağı bildirib.

"Cəmiyyəti maraqlandıran problemlərin həllinə töfhə verə biləcəyinə inanmasaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim” -, deyə yazıçı müsahibə zamanı qeyd edib.

Ölkənin korporativ oliqarxların, korporasiyaların və silah istehsalçılarının “avtoritarizm təhlükəsi” altında olduğunu qeyd edən Uilyamson, millət vəkillərinin hüquqi şəxslərə qarşı lazımi səviyyədə mübarizə aparmaması fikrini səsləndirib.

Yazıçı “Kölgə effekti”, “Sevgiyə qayıdış”, “Dəyişiklik”, “Möcüzələr ili” kimi ən çox satılan kitabların müəllifidir.

Qeyd edək ki, Uilyamson bundan öncə də 2020-ci ildə ABŞ prezidentliyinə namizəd olub.

# 2232 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər