ABŞ-da yaşayan kubalı məşhur müğənni Qloria Estefan Madridin "Plaza de Colon" meydanında minlərlə insanın iştirakı ilə möhtəşəm konsert verib.
Kulis.az xəbər verir ki, konsert "Hispanidad 2025" bayramlarının əsas tədbirlərindən biri olmaqla yanaşı, Estefanın 50 illik musiqi karyerasına da həsr olunub.
Qeyd edək ki, tədbir “Cuba libre” mahnısı ilə başa çatıb və həmrəylik, müxtəliflik mesajları ilə yadda qalıb.