Mədəniyyət Nazirliyinin nümayəndə heyəti ICCROM-un böyük direktoru ilə görüşdü

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti ICCROM-un böyük direktoru ilə görüşdü
19 sentyabr 2023
# 18:50

Səudiyyə Ərəbistanın paytaxtı Riyadda keçirilən UNESCO-nun Dünya İrsi Komitəsinin 45-ci sessiyası çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) rəhbərliyi ilə görüşüb.

Kulis.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, görüşü giriş sözü ilə açan təşkilatın böyük direktoru Cozef Kinq Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkəmiz mədəni irsi ilə bağlı təəsüratlarını bölüşüb, yeni əməkdaşlıq imkanlarından danışıb.

Öz növbəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin rəhbəri, nazir müavini Səadət Yusifova səmimi sözlərə görə təşəkkürünü bildirirək Azərbaycan üçün mədəni irsin qorunmasının əhəmiyyətindən danışıb, restavrasoya və konservasiya ekspertlətini hazırlanması istiqamətində təşkilatın institusional dəstək mexanizmləri ilə maraqlanıb.

Görüşdə həmçinin ölkəmiz ilə ICCROM arasında əməkdaşlığın inkişaf etdirilməsi, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə təlim və seminarların birgə təşkili ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə olunub.

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər