Mədəniyyət naziri həmkarı ilə görüşüb

Anar Kərimov, İnes Abdel-Dayem

Anar Kərimov, İnes Abdel-Dayem

8 dekabr 2021
# 14:20

Misir Ərəb Respublikasına səfəri çərçivəsində Anar Kərimov Misirin mədəniyyət naziri İnes Abdel-Dayem ilə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycannın Misirdəki səfiri Tural Rzayev və Qahirə Opera Teatrının direktoru Maqdi Sabir də iştirak ediblər.

İnes Abdel-Dayem iki ölkə arasında opera, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. Misirlə Azərbaycan arasında dostluq, mədəni əməkdaşlıq münasibətinin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

A. Kərimov dəvət üçün həmkarına təşəkkürünü bildirdikdən sonra Azərbaycanla Misir arasındakı əməkdaşlığın bir çox sahədə uğurla davam etdiyini vurğulayaraq, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, mədəniyyət sahəsində tərəfdaşlığı yüksək dəyərləndirdiyini deyib.

O, bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Misirin zəngin irsinin geri qaytarılması yolunda öz səylərini əsirgəmir. Azərbaycanın öz növbəsində qədim mədəniyyət mərkəzi sayılan əsrarəngiz Qahirə şəhərinin incəsənət, muzey və digər sahələrdə çoxşaxəli təcrübəsindən yararlanmaq niyyətində olduğunu da vurğulayıb.

A. Kərimov eləcə də Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi haqda məlumat verərək, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib.

Azərbaycan Respublikasının bölgədə sülhü qorumaq üçün bir sıra mühüm layihələrə imza atdığını vurğulayıb.

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.

# 2368 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər