#Kitabfest: “TikTok”da ədəbiyyata dair videolar 9 milyondan çox baxış toplayıb

#Kitabfest:  “TikTok”da ədəbiyyata dair videolar 9 milyondan çox baxış toplayıb
23 iyun 2023
# 13:10

"TikTok" Azərbaycanda ilk genişmiqyaslı #kitabfest ədəbiyyat layihəsinə yekun vuraraq, qalibləri müəyyən edib. Bu həştəq ilə kitablar haqda paylaşılmış videolar artıq 9 milyondan çox baxış toplayıb. Layihə #BookTok qlobal fenomenindən ilhamlanıb və Bakıda keçirilən Milli Kitab Sərgisinə təsadüf edib.

Kulis.az xəbər verir ki, may ayında, qısa videolar izləmək və yaratmaq üçün aparıcı platforma olan "TikTok" Bakıdakı Milli Kitab Sərgisinin təşkilatçıları ilə birgə Azərbaycandakı istifadəçiləri ölkənin böyük virtual kitab klubuna #kitabfest həştəqi altında qoşulmağa dəvət etdi. Ölkənin hər bir yanından "TikTok" istifadəçiləri kitab tövsiyələrini, sevimli əsərlərindən parçaları, kitab alışından görüntüləri, Bakıdakı Milli Kitab Sərgisindən təəssüratlarını və reportajlarını paylaşmış, öz şəxsi kitab kolleksiyalarını nümayiş etdirdi və hələ də ədəbiyyatla bağlı müzakirələr aparmağa davam edirlər.

Layihənin əhatə dairəsi Azərbaycandan olan istifadəçilərin mütaliəyə artan marağını nümayiş etdirir: #kitabfest həştəqli videolar artıq ümumilikdə 9 milyondan çox baxış toplayıb və onların sayı artmaqdadır.

Layihəyə məşhurlar da dəstək olublar: məsələn, aktyor və yumorist Bəhram Bağırzadə hamını sözügedən təşəbbüsə qoşulmağa dəvət edib. Populyar müğənni, Azərbaycanın "Eurovision 2014" Mahnı Müsabiqəsində təmsilçisi Dilarə Kazımova izləyicilərinə öz sevimli kitablarından danışıb.

Qaliblərin hər biri layihə tərəfdaşlarından dəyərli mükafat qazanaraq, Ali&Nino mağazalar şəbəkəsinə 100 manat dəyərində kupon əldə edəcəklər.

"Azərbaycanda maarifləndirici məzmunun məşhurlaşdığını görmək bizi çox sevindirir. Getdikcə daha çox istifadəçi platformaya təkcə əhval-ruhiyyəsini qaldırmaq üçün deyil, həm də dünya görüşünü genişləndirmək və ya maraqlı və faydalı nələrsə paylaşmaq üçün gəlir. Bizi çox ilhamlandırır ki, #kitabfest sayəsində ölkənin hər yerindən olan istifadəçilər ədəbiyyata olan sevgilərini bölüşmüş, sevimli kitab tövsiyələri haqda fikir mübadiləsi aparmış və həmfikir insanlar tapa bilmişlər. Əminəm ki, #kitabfest yeni ədəbi kəşflərin mənbəyinə çevriləcək və ən geniş auditoriyanı oxumağa ruhlandıracaq" - deyə,"TikTok"un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Ekaterina Blinets qeyd edib.

#kitabfest layihəsi Azərbaycanda mütaliə tendensiyasına dəstək məqsədi ilə başladılıb və dünya ədəbiyyatsevərlərini bir araya gətirən #BookTok qlobal mədəni fenomenindən ilhamlanıb. #BookTok həşteəqi altında olan videolar artıq TikTok-da 150 milyard baxış toplayıb. Videolarda müxtəlif ölkələrdən olan istifadəçilər oxuduqları kitablarla bağlı tövsiyyələrini və təəssüratlarını bölüşürlər. #BookTok həm də artıq kitab sənayesində də öz təsirini göstərərək, yazıçılara populyarlıq qazanmağa və kitabların bestsellerlər siyahısına düşməsinəyə dəstək olur.

milli.az

# 2055 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər