Kino İttifaqının qurultayı nə vaxt keçiriləcək? - Rasim Balayev danışdı

Kino İttifaqının qurultayı nə vaxt keçiriləcək? - Rasim Balayev danışdı
31 avqust 2023
# 15:42

Bu il iyulun 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.

Bununla bağlı ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirilib və hər iki tərəf birləşməyə razılığını bəyan edib.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, Xalq artisti Rasim Balayev rəhbərin kim olacağına qərar verilmədiyini deyib.

“Bəs siz işə getmirsiniz?” sualına isə aktyor “məzuniyyətdəyəm” cavabını verib.

“Yaxın bir-iki aya qurultay keçiriləcək. O zaman kimin rəhbərlik edəcəyi məlum olacaq. Hər iki ittifaqın üzvləri arasında razılıq əldə edilib, birləşmişik. Əsas budur”.

Mədəniyyət Nazirliyindən verilən cavaba görə, bu məsələ onların səlahiyyətində deyil.

“Kino ittifaqların ikisi də özəl, yaradıcı təşkilatlardır, onlar dövlət təşkilatı olmadığına görə, ora kimin rəhbər seçilməsi və ya təyin edilməsi Mədəniyyət Nazirliyinin səlahiyyəti altında deyil. Qərarı özləri verəcəklər”.

# 2098 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər