Azərbaycanlı professorun kitabı Kembricdə

Azərbaycanlı professorun kitabı Kembricdə
28 aprel 2025
# 10:40

Böyük Britaniyanın Kembric şəhərində St Catharine’s Kollecində Azərbaycan Tibb Universitetinin “Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Əməkdar həkim Lalə Allahverdiyevanın “COVID-19: Əsrin Xəstəliyi” (“COVID–19: Disease of the Century”) adlı kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, mərasimdə britaniyalı professorlar və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Professor Lalə Allahverdiyeva bildirib ki, bu kitab pandemiyanı yalnız tibbi aspektdən deyil, həm də qlobal miqyasda intellektual və strateji yanaşma prizmasından təhlil edən ilk əhatəli nəşrlərdən biridir. 20 fəsildən ibarət 256 səhifəlik kitabda 193 mənbəyə istinad olunub.

Lalə Allahverdiyeva çıxışında xüsusi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən “Duzdağ Mağaraları”nda post- COVID sindromlu xəstələrin speleoterapiya üsulu ilə reabilitasiyasından da bəhs edib. O qeyd edib ki, post-COVID sindromunun bu unikal müalicə üsulu Azərbaycanda uğurla tətbiq edilib və xəstələrin sağlamlıqlarında nəzərəçarpacaq müsbət dəyişikliklər əldə olunub.

Qeyd edək ki, tədbir müzakirələrlə davam etdirilib.

# 164 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan “Bir Ud - Çoxlu Mədəniyyət” Forumunda

Azərbaycan “Bir Ud - Çoxlu Mədəniyyət” Forumunda

13:30 28 aprel 2025
Möylə Mirzəliyev vəfat etdi

Möylə Mirzəliyev vəfat etdi

12:40 28 aprel 2025
Oskar mükafatlı aktyorun ölüm səbəbi məlum oldu

Oskar mükafatlı aktyorun ölüm səbəbi məlum oldu

12:38 28 aprel 2025
Məmməd Orucun "Köçürülmə"si - Təqdimat

Məmməd Orucun "Köçürülmə"si - Təqdimat

12:18 28 aprel 2025
Gənc musiqiçilərimiz Berlində

Gənc musiqiçilərimiz Berlində

12:10 28 aprel 2025
Barselonada 500 illik gəmi tapıldı

Barselonada 500 illik gəmi tapıldı

11:10 28 aprel 2025
# # #