Keçmiş baş redaktora hökm oxundu

Keçmiş baş redaktora hökm oxundu
18 fevral 2025
# 18:24

Mənimsəmə, dələduzluq və rüşvət almaqda ittiham olunan Elm və Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov, Gözəl Mustafayeva və Amal Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Zərərçəkmiş şəxsin nümayəndəsi onlara dəymiş ziyanın ödənildiyini, təqsirkəndirolən şəxslərdən tələb və şikayətlərinin olmadığını bildirib.


Daha sonra dövlət ittihamçısı çıxış edib.

Prokuror Rahil Nəcəfovun 11 il, Gözəl Mustafayevanın 2 il 6 ay, Amal Həsənlinin 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini, Amal Həsənli və Gözəl Mustafayeva barəsində olan tədbirin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini təklif edib.

Təqsirləndirilən şəxslər və vəkilləri məhkəmədən ədalətli qərar çıxarmaqlarını xahiş edib.

Məhkəmə müşavirə edib.

Müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Rahil Nəcəfova 3 il sınaq müddəti olmaqla 9 il şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilən Amal Həsənliyə 3 il sınaq müddəti olmaqla 8 il 6 ay müddətində şərti cəza verilib.

Gözəl Mustafayeva 1 il sınaq müddəti olmaqla 2 il müddətində şərti cəza verilib.

Təqsirləndirilən Amal Həsənli və Gözəl Mustafayeva barəsində istintaq dövründə seçilən qətimkan tədbiri dəyişdirilməyib.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının pulunu mənimsəməkdə ittiham olunur.

Rahil Nəcəfov və onunla birlikdə mühakimə olunan şəxslərin istintaqı Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli midqrda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Oruc Söhrab oğlu Əliyev, Rasim Əşrəf oğlu Hüseynov, Xəyalə Akif qızı Məmmədova, Lütviyyə Süleyman qızı Əsgərzadə, Şəfaqət Abdulla qızı Mahmudova, Yeganə Qürvər qızı Qəhtrəmanova, Nəsir Cavanşir oğlu Hüseynov, Qalib Bəhram oğlu Hacıyev, Nigar Oktay qızı Məmmədova, Mərziyyə Allahyar qızı Nəcəfova, Vüsalə Hacı qızı Musayeva, Ülkər Vaqif qızı Neymətova, Pəravən Hacı qızı Məmmədova, Arif Alim oğlu Əsədov, Şəfa Tiflis oğlu Əliyeva, İradə Nizam qızı Avşarova, Nərman Əzizi oğlu Paşayev, Akif Həmzə oğlu Vəliyev, Esmira Seyfəl qızı Fuad, Bəbir Şərqi oğlu, Quliyev, Asif Xanoğlan oğlu Qədirov və Kamran Şahverən oğlu Kazımov zərərçəkmiş qismində tanınıblar.

Əlavə edək ki, Rahil Nəcəfov 2012-cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.

# 2079 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

18:35 3 mart 2026
Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya  hazırlaşır

Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya hazırlaşır

17:00 3 mart 2026
Aktrisa ilə teatr direktoru arasındakı məhkəmədə qərar verildi

Aktrisa ilə teatr direktoru arasındakı məhkəmədə qərar verildi

16:24 3 mart 2026
“Xalq şairi Hökümə Billuri -100”  adlı kitab sərgisi açıldı

“Xalq şairi Hökümə Billuri -100” adlı kitab sərgisi açıldı

16:20 3 mart 2026
Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

16:00 3 mart 2026
UNESCO-dan xəbərdarlıq: Orta Şərqdə mədəni miras təhlükədədir

UNESCO-dan xəbərdarlıq: Orta Şərqdə mədəni miras təhlükədədir

15:45 3 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər