Kamal Abdullanın “Seçmələrin Seçməsi – Qranulalar” kitabı Almaniyada nəşr olundu

Kamal Abdullanın “Seçmələrin Seçməsi – Qranulalar” kitabı Almaniyada nəşr olundu
14 avqust 2025
# 13:00

Xalq yazıçısı Kamal Abdullanın aforizmlər və seçilmiş fikirlər toplusu olan “Seçmələrin Seçməsi – Qranulalar” kitabı Almaniyada alman dilində çap olunub.

Kulis.az xəbər verir ki, kitab “Epubli-Pem” nəşriyyatında nəşr edilib. Əsəri alman dilinə H. Hermann Kiel tərcümə edib. Redaktoru Orxan Arasdır.

Kitabda müəllifin uzun illər ərzində yazdığı şeir, esse, pyes, hekayə, roman, publisistika və elmi məqalələrdən seçilmiş, “qranula” – yəni mətnin cövhəri hesab olunan fikirlər ilk dəfə ayrıca şəkildə təqdim olunur. Müəllif kitabın ön sözü kimi “Məni sevən oxucuma son hədiyyəm” başlığı altında aşağıdakı fikirləri oxuculara ünvanlayır:

“İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

Orxan Aras kitab üçün yazdığı ön sözündə bu nəşrin gənc nəslin mənəvi formalaşmasında əhəmiyyətini vurğulayıb:

“Kamal Abdulla kimi təcrübəli yazıçının keçmişdən bu günə toplayıb ötürdüyü aforizmlər gənclər üçün xüsusilə önəmlidir. Bu kitabda təkcə onun öz əsərlərindən vacib dialoqlar deyil, həm də onların sevgisini yenidən alovlandıran qlobal incəsənət hərəkatları haqqında bəzi dəyərli sitatlar var.”

Kitabda yalnız müəllifin əsərlərindən deyil, əvvəlki nəşrlərdə yer almayan yeni nümunələr də təqdim olunub. Eyni zamanda, əhvalat və mövzuya uyğun olaraq Kamal Abdullanın sevdiyi yazıçı və şairlərin şeirləri, misraları və fikirləri də kitabda yer alıb.

Bu nəşr Azərbaycan ədəbiyyatının seçilmiş fikirlər vasitəsilə beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından mühüm hadisə hesab olunur.

Qeyd edək ki, Seçmələrin Seçməsi – Qranulalar” kitabı Bakıda 2024-cü ildə işıq üzü görüb.

Müəllifi kitabı yazmağa ruhlandıran imzalar Xalq şairi Ramiz Rövşən, akademik Rafiq Əliyev, Nazim Müzəffərli və Fərhad Təhməzlidir.

# 1696 dəfə oxunub

Oxşar xəbərlər

Ridli Skottun yeni  "The Dog Stars"  filmi  - Kino tənqidçiləri nə deyir?

Ridli Skottun yeni "The Dog Stars" filmi - Kino tənqidçiləri nə deyir?

12:30 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

17:50 28 avqust 2026
Qədim “Herakl qapısı"  tapıldı

Qədim “Herakl qapısı" tapıldı

16:30 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər