Kamal Abdullanın romanı İranda çap olundu

Kamal Abdulla, Xalq yazıçısı

Kamal Abdulla, Xalq yazıçısı

4 aprel 2022
# 19:00

Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Təbrizdə çap olunub.

Kulis.az xəbər verir ki, bu haqda kitabı əski əlifbaya uyğunlaşdıran güneyli soydaşımız, yazıçı-tərcüməçi Elyar Polad məlumat verib. O, bildirib ki, roman “Həkim Nizami” nəşr evi tərəfindən oxuculara təqdim olunub.

Elyar Polad qeyd edib ki, 2014-cü ildə Kamal Abdullanın “Sehrbazlar dərəsi” 2018-ci ildə isə “Yarımçıq əlyazma” romanları da Təbrizdə işıq üzü görüb.

Qeyd edək ki, “Unutmağa kimsə yox…” romanı 2011-ci ildə Bakıda nəşr edilib. Roman “И некого забыть…” adı ilə 2015-ci ildə Bakıda rus dilində, 2016-cı ildə Moskvada “Художественная литература” nəşriyyatında “Под сенью Карагача” kitabında çap edilib. Əsər yenə həmin ildə Türkiyənin məşhur “Bengü” nəşriyyatında işıq üzü görüb.

Kolumb Hindistanı axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini yox, bir sevgi məktubunu deşifrə edir.

Paralel dünyalar, möhtəşəm ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı… bütün bunlar ilk baxışda sadə bir hadisənin fonunda əsər boyu canlı kimi nəfəs alır.

Bu roman çap olunduqdan sonra Azərbaycan ədəbi mühitində geniş müzakirələrə səbəb olub. Roman haqqında müxtəlif qəzet və internet saytlarda müzakirələr aparılıb. Roman əsasında müəllifin eyniadlı pyesi görkəmli rejissor Vaqif İbrahimoğlu tərəfindən Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib.

# 2949 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər