İnsanı alçaldan hər bir qanun ədalətsizdir... - Martin Lüter Kinqdən aforizmlər

İnsanı alçaldan hər bir qanun ədalətsizdir... - Martin Lüter Kinqdən aforizmlər
15 yanvar 2026
# 14:15

Bu gün hüquq müdafiəçisi, sülh aktivisti, yazıçı, siyasətçi və dini rəhbər Martin Lüter Kinqin doğum günüdür.

Kulis.az onun məşhur aforizmlərini təqdim edir.

Biz quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik. Amma bu arada çox sadə bir sənəti unutduq: qardaş kimi yaşamağı.

***

Əgər sizdən küçələri süpürmək tələb olunarsa, bunu Mikelancelonun rəsm çəkdiyi, Bethovenin musiqi bəstələdiyi, Şekspirin əsər yazdığı kimi edin. Elə gözəl süpürün ki, hər kəs dayanıb “Burada işini mükəmməl görən bir süpürgəçi yaşayır” desin.

***

İnsanı alçaldan hər bir qanun ədalətsizdir.

***

Uça bilmirsənsə qaç, qaça bilmirsənsə yerı, yeriyə bilmirsənsə sürün. Amma nə edirsənsə et, mütləq irəliləməlisən.

***

Heç kimin sizə özünüzü heç kimmiş kimi hiss etdirməsinə icazə verməyin.

***
Bu gün deyirəm ki, dostlarım, bu günün və sabahın gətirəcəyi bütün çətinliklərə və maneələrə baxmayaraq, mənim hələ də bir xəyalım var.

***
Mən sevgiyə bağlanmağa qərar verdim. Nifrət çox ağır bir yükdür.

***
Əgər bir insanın uğrunda öləcəyi bir dəyəri yoxdursa, yaşamağa da haqqı yoxdur.

***

İlk addımınızı inamla atın. Bütün pilləkəni görmək məcburiyyətində deyilsiniz, yetər ki, ilk addımı atasınız.

***
Qanunlar kimisə məni sevməyə məcbur etməyə bilər, amma onun məni linç etməsinin qarşısını alır və məncə, bu çox önəmlidir.

***
Nifrət nəzarətdən çıxmış xərçəng kimi insanın şəxsiyyətini çürüdür və onun həyat enerjisini tükəndirir.

***

O köhnə “gözə-göz, dişə-diş” qanunu hamını kor və dişsiz qoyur. Qürurunuzu aşın və barış əlini uzadan siz olun.

***

Ya birlikdə qardaş kimi yaşamağı öyrənəcəyik, ya da axmaqlar kimi hamımız birlikdə məhv olacağıq.

***
Əxlaq uzun bir yay kimidir, amma sonda ədalətə doğru əyilir.

***
Sonda düşmənlərimizin dediklərini deyil, dostlarımızın səssizliyini xatırlayacağıq.

***
Ağrılı təcrübələrimiz bizə göstərdi ki, azadlıq heç vaxt zalım tərəfindən könüllü şəkildə verilməyib; onu tələb edib alan həmişə məzlumlar olub.

***

Pis insanlar tələ qurarkən, yaxşı insanlar plan qurmalıdır.

***
Məyusluğu müəyyən həddə qədər qəbul edə bilərik, amma ümidi əsla itirməməliyik.

***
İnsanın gücünün həddi rahatlıq və təhlükəsizlik anlarında deyil, çətinlik və mübarizə anlarındakı davranışı ilə ölçülür.

# 1510 dəfə oxunub

Oxşar xəbərlər

“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

15:38 16 oktyabr 2026
"U2"  yeni mahnısını təqdim etdi

"U2" yeni mahnısını təqdim etdi

15:30 16 oktyabr 2026
Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
"Nənələr" folklor qrupu  üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

"Nənələr" folklor qrupu üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

12:37 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər