Hüseyn Cavidi Zəlimxan Yaqubun yanına kim gətirdi – LƏTİFƏLƏR

Hüseyn Cavidi Zəlimxan Yaqubun yanına kim gətirdi – <span style="color:red;">LƏTİFƏLƏR
28 avqust 2017
# 13:17

Kulis.az yazıçıların yeni lətifələrini təqdim edir.

***

Əlisəmid Kür dəlixanadan qaçır, taksiyə oturub özünü Zəlimxan Yaqubgilə yetirir. Yolda qəfil Adil Mirseyidlə rastlaşır. Onu da taksiyə götürür. Zəlimxan müəllimgilin həyətinə çatanda axşamçağıymış. Həyətdən taksinin üstünə işıq düşürmüş və bu işıqda maşından düşməyən Adil Mirseyidin pəncərədəki üzü yumru şüşəli eynəyi ilə çox poetik və romantik görünürmüş. Heç özünə oxşamırmış. Əlisəmidin dəlixanadan belə laubalı gəlişinə çaşan Zəlimxan Yaqubu bir yandan da maşındakı adam həyəcanlandırır:

- O kimdi? – Əlisəmiddən soruşur. Həm də öz aləmində bu sualla onun ağlının yerində olub-olmadığını yoxlayır. Əlisəmidin cavabı şairi diksindirir:

- Hüseyn Cavid! Yolda rastıma çıxdı, oturtdum taksiyə, gətirdim.

***

Anar müəllimin otağında iclas gedir. Bu aralar AYB rəhbərliyini müdafiə etdiyinə görə AYO-çular tərəfindən sərt tənqid olunan, məzə və istehza hədəfinə çevrilən Dayandur Sevgin qəfil ayağa qalxıb əllərini ölçə-ölçə gər səslə deyir:

- Anar müəllim, başım çıxmır, havağacan sizə görə mənim üzümə söz gələcək?!

***

Pərviz Cəbrayıla qəfil yüksək vəzifə verirlər. Əlini sevincək bir-birinə sürtüb kresloda oturur:

- Hə, indi Əsəd Cahangir romanlarımdan yerli-yataqlı yazmağa başlayacaq!

***

Nəsimi Nəbizadə Şəhriyar del Geraniyə qonaq gedir. Möhkəm içib yatırlar. Gecənin bir aləmi Nəsiminin səsi aləmi başına götürür:

- Şəhriyar, susuzluqdan yanıram, kravatdan da düşə bilmirəm ki, gedib su tapam.

Şəhriyarın yuxulu səsi eşidilir:

- Qaqa, sən polun üstündə yatmısan ee... düşməyə çalışma, sadəcə ayağa dur.

***

Yol polisi İslam Oyunları vaxtı Mirmehdi Ağaoğlunun atasının maşınını əlindən alır. Şərif Ağayar özünə təsəlli verir:

- Yaxşı ki, mənim atamın maşını yoxdu. Çox şanslıyam.

Ayxan Ayvaz gülür:

- Mən səndən də şanslıyam; atam ümumiyyətlə yoxdu!

***

Yafəs Türksəs getdiyi idarə və təşkilatlardan daha çox pul qoparmaq üçün “Addım” adlı yaradıcılıq hərəkatı yaradır və ürəyi istəyən yazarları ora üzv edir. Bir gün Aqşin Yenisey gileylənir:

- Şair, sənin o hərəkatının adı “Addım” yox, “Atdım” olmalıdır... Əl gəzdirsən, mən də üzv yazılaram.

***

Səməd Vurğun bağının yanındakı kafeyə yenicə işə düzəlmiş ofisiant hövlnak inzibatçının yanına qaçır:

- Müəllim, bir kitay var, durmadan NZS pivəsi vurur. Deyirəm, Çinə pivə aparan olsa əla pul qazanar.

İnzibatçı pivə içən müştəriyə baxıb gülür:

- Səydərəş, kitay deyil eee, Kəramət Böyükçöldü...

***

Gənc və istedadlı yazarlardan biri ustad yazıçılardan birinə zəng edir, deyir, ustad, vurmaq istəyirik, pulumuz yoxdu, amma qəşəng bir xalam var, bəlkə, bir qonaqlığa onu sizə verim?

Ustad yazıçı, təbii ki, zarafatı tutur və uşaqlara qonaqlıq verir.

Bu hal bir də təkrar olunur. Ustad yenə üstünü vurmur, cavanları yola verir.

Üçüncü dəfə eyni şərtlər və eyni təklif səslənəndə ustad yazıçı dilə gəlir:

- Sənin bu xalan lap Mirzə Cəlilin quzusuna döndü!

***

Şair Xanəmirə Qarabağla bağlı sayt açmaq təklif olunur. O, ilkin layihə kimi ermənilərin elektron mediada yaydığı yalanlara qarşı çıxan bir neçə ciddi layihə həyata keçirə bilir, ancaq sayt işi baş tutmur. Bu zamanlarda yaxın dostlardan biri ondan soruşur.

- Şair, o sayt işinin axırı necə oldu?

- Heç nə! Maliyyə ayrılmadı. Ara yerdə ermənilərlə üz-göz oldum.

# 1467 dəfə oxunub

Oxşar xəbərlər

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:05 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
#
#
# # #